Icma.az
close
up
RU
Marin Lö Pen Fransua Bayru ilə görüşdən sonra hökumətin dərhal buraxılmasını tələb edib

Marin Lö Pen Fransua Bayru ilə görüşdən sonra hökumətin dərhal buraxılmasını tələb edib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 2 sentyabr, AZƏRTAC

Fransa hökumətində siyasi gərginlik getdikcə artır. Bu gün Matinyonda keçirilən görüşlər çərçivəsində Baş nazir Fransua Bayru, prezident koalisiyasını dəstəkləyən partiyaların və Milli Birlik Partiyasının (Rassemblement National – RN) liderlərini qəbul edib. Görüşlərin əsas mövzusu gələn həftə - sentyabrın 8-də keçiriləcək və nəticəsi əvvəlcədən məlum olan etimad səsverməsi, hökumətin taleyi və təqdim olunan büdcə layihəsidir.

AZƏRTAC xəbər verir ki, sağçı Milli Birlik (RN) partiyasının lideri Marin Lö Pen Bayru ilə görüşdən sonra sərt çıxış edərək, razı olmadığını və hökumətin dərhal buraxılmasını istədiyini bəyan edib.

"Fransua Bayru tərəfindən təklif olunan həllərlə tamamilə razı deyilik. Ciddi nəticələr verəcəyini düşünmürük. Biz hökumətin dərhal buraxılmasını tələb edirik", - deyə Marin Lö Pen deyib. Lö Pen hazırkı hökumətin xalqın ehtiyaclarına cavab vermədiyini və bunun davam etməsinin mümkün olmadığını bildirib.

Fransa Kommunist Partiyasının lideri Fabyən Russel də Fransua Bayru ilə görüşündə təqdim olunan büdcəni biabırçılıq adlandırıb və sol yönlü yeni Baş nazirin təyin olunmasını tələb edib.

“Place Publique” hərəkatının qurucusu Rafael Qlüksmən isə səsvermənin vaxtının (8 sentyabr) elan edilməsinin danışıqların mahiyyətini pozduğunu bildirib. "Biz heç bir ağ çek imzalamırıq", - deyə Qlüksmən vurğulayıb.

Ən çox gözlənilən görüşlərdən biri də Sosialist Partiyası ilə planlaşdırılan danışıqlar idi. Çünki bu partiyanın səsi hökumətin səsvermədən sağ çıxması üçün həlledici ola bilərdi. Lakin partiya lideri Olivye Forun bəyanatı bütün ehtimalları ortadan qaldırıb. "Qərarımız dəyişməzdir. Bayru hökumətinə etimad göstərməyəcəyik. Yeni bir solçu Baş nazirə ehtiyac var”, - deyə solçular da mövqelərini bildiriblər.

Respublikaçılar Partiyasının (LR) tanınmış simalarından Loran Vokye isə Bayru hökumətinin büdcə planını düzəltməli olduğunu bildirib və bir sıra dəyişikliklərin vacibliyini qeyd edib.

Beləliklə, sentyabrın 8-də keçiriləcək etimad səsverməsi öncəsi siyasi arenada vəziyyət qeyri-müəyyən olaraq qalır. Sol partiyalar və RN açıq şəkildə hökumətə qarşı mövqe tutub. Sağ cinah isə parçalanmış görünür. Bu isə yaxın günlərdə Fransada siyasi səhnədə ciddi dəyişikliklərin baş verəcəyindən xəbər verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri