Marsdakı qara cizgilər su ilə deyil, toz və küləklə bağlıdır Alimlərdən yeni açıqlama
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Mars səthində müşahidə olunan və illərdir duzlu maye suyun izləri kimi qəbul edilən qara yamac cizgiləri ilə bağlı elmi yanaşmalar dəyişməkdədir. Son onillikdə aparılan geniş araşdırmalar bu sirli izlərin su ilə əlaqəsini şübhə altına alıb.
Milli.Az xəbər verir ki, yeni elmi nəticələrə əsasən, bu cizgilər "təkrarlanan yamac cizgiləri" adlandırılan müvəqqəti formalaşmalardır və onların yaranması maye suyun təsiri ilə deyil, Marsın səthindəki külək və toz hərəkətləri ilə bağlıdır.
Alimlər yarım milyondan çox belə cizgini təhlil edərək, nə temperatur dəyişikliyi, nə də rütubət göstəricilərinin bu izlərlə əlaqəli olduğunu müəyyən ediblər. Tədqiqatçılar hesab edirlər ki, bu cizgilər Marsın incə atmosferində küləyin sürətinin dəyişməsi və səthə toplanan tozun sürüşməsi nəticəsində əmələ gəlir.
Beləliklə, əvvəllər "Marsda su ola bilər" ehtimalını gücləndirən bu izlərin əslində geoloji və iqlim faktorlarının təsiri ilə formalaşdığı düşünülür.
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 27 May 2025 07:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















