Icma.az
close
up
RU
Mask ilə Avropa arasında gərginlik Milyarder yazdıqlarına görə hiddətə məruz qaldı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Mask ilə Avropa arasında gərginlik Milyarder yazdıqlarına görə hiddətə məruz qaldı Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerikalı iş adamı İlon Maskın müxalif partiyaları dəstəkləyən tənqidi yazıları Avropada böyük əks-səda doğurub.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, dünya liderləri tanınmış milyarderi seçkilərə və ölkələrin daxili işlərinə müdaxilə etməkdə ittiham ediblər.

Sosial media hesabındakı paylaşımında "Yalnız AfD Almaniyanı xilas edə bilər" ifadəsini paylaşan Mask daha sonra bu fikrini daha da xırdalayıb.

Axel Springer media qrupuna məxsus "Welt am Sonntag" qəzetində qonaq köşə yazarı kimi yazdığı məqalədə Mask ifrat sağçı partiyanı dəstəklədiyini bildirib və "Almaniya üçün son ümid qığılcımdır" kimi diqqətçəkən fikir səsləndirib.

Mask həmçinin prezident Frank-Volter Ştaynmayeri sərt şəkildə tənqid edərək onu "anti-demokratik tiran" adlandırıb.

Avropada bəziləri bu canlı yayımın dezinformasiya yaratmaqla seçicilərə təsir edə biləcəyi fikrini bölüşsə də, Avropa İttifaqı (Aİ) Komissiyası bir platforma sahibinə və ya başqasına canlı yayıma ev sahibliyi etmək və şəxsi fikirlərini bildirmək qadağan edilə bilməz deyib. 

Digər tərəfdən, AB Komissiyasının sözçüsü Tomas Regnier canlı yayımın izləniləcəyini və bunun seçki bütövlüyünə təhlükə yaradan bir şəkildə istifadə edilib-edilməməsinin və Rəqəmsal Xidmətlər Qanununun (DSA) olub-olmamasının araşdırılacağını söyləyib.


Regnier bildirib ki, canlı yayımın məzmununda hər hansı qayda pozuntusu varsa, bu, davam edən istintaqa daxil ediləcək.

Almaniya kansleri Olaf Şoltz Maskı tənqid edərək "Almaniyada gələcəkdə nə olacağını vətəndaşlar müəyyən edəcək və sosial media sahibləri buna qərar verə bilməzlər” deyə vurğulayıb.

Almaniya hökumət sözçüsü Kristian Hoffmann da Maskı Bundestaq seçkilərinə təsir etmək cəhdində günahlandırıb, Almaniya kanslerinin müavini və İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habeck də Maskın AfD-yə dəstəyinin məlumatsızlıqdan qaynaqlandığını deyib.

Maskın bir çox mövzuda İngiltərəni hədəf alan son yazıları, xüsusən də İngiltərənin Baş naziri Keir Starmer və hakim İşçi Partiyası da geniş işıqlandırılıb.

Mask İngiltərənin aparıcı ifrat sağçı qruplarından biri olan və həbs cəzasına məhkum edilmiş İngiltərə Müdafiə Liqasının keçmiş lideri Tommi Robinsonun azadlığa buraxılmasını istəyib və onun siyasi məhbus olduğunu iddia edib.

İngiltərə Baş naziri Starmer Maskı yalan və dezinformasiya yaymaqda günahlandırıb.

Britaniya parlamentindəki Liberal Demokratlar Partiyasının lideri Ed Davey Maskın ölkəsinin demokratiyası haqqında heç bir məlumatı olmadığı halda müdaxilə etdiyini bildirərək, ABŞ-nin Londondakı səfiri Ceyn Hartlinin XİN-ə çağırılmasını istəyib.

Fransa prezidenti Emmanuel Makron Maskı seçkilərə müdaxilə etməkdə günahlandıraraq bir sosial media sahibinin seçkilərə müdaxilə etməsinin görünməmiş bir vəziyyət olduğunu dilə gətirib.

Norveçin baş naziri Jonas Gahr Stoere də amerikalı milyarderin ABŞ-dən başqa ölkələrin siyasi məsələlərinə qarışmasının narahatlıq doğurduğunu bildirib və o, Maskın ölkəsi ilə bağlı açıqlama verəcəyi təqdirdə Norveç siyasətçilərinin sağlam düşüncə ilə davranacaqlarına və mübahisələrdən uzaq duracaqlarına ümid etdiyini deyib.

Mikayıl
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Yanvar 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see162

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see157

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see152

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see148

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see136

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri