Icma.az
close
up
RU
Maydakı noyabr havası turizmə necə təsir edir?

Maydakı noyabr havası turizmə necə təsir edir?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bu il qeyri-sabit hava şəraiti ölkənin dağlıq və turizm bölgələrində özünü daha qabarıq göstərir. Xüsusilə Şahdağ kimi yüksək dağlıq ərazilərdə may ayında müşahidə olunan qar həm yerli, həm də xarici turistlərin diqqətini cəlb edib. Yay mövsümünə hazırlıq görən turizm sektoru isə bu gözlənilməz “qış dönüşü”nün təsirini müxtəlif istiqamətlərdə hiss edir. Hotellərin fəaliyyəti, turist axını və xərclər fonunda yaranan bu vəziyyət sektor üçün həm yeni imkanlar, həm də müəyyən çətinliklər formalaşdırır.
Məsələ ilə bağlı turizm eksperti Rahib İsmayılov Demokrat.az-a bildirib ki, bu il havalar mövsümə uyğun olmayaraq qeyri-sabit keçir və bunun nəticəsində şəhər ərazilərində güclü yağışlar, şəhərətrafı dağlıq bölgələrdə isə qar yağışı müşahidə olunur:
"Sözsüz ki, bu vəziyyət turizmə də təsirsiz ötüşmür. Çünki artıq may ayıdır və adət etdiyimiz hər ilki may ayından fərqli olaraq bu il hava bir qədər qeyri-sabit keçir, yağıntıların normadan artıq düşməsi ilə müşahidə olunur. Ona görə də may ayında olmağımıza baxmayaraq, yay turizm mövsümünün açılmasına hazırlaşan bölgələrdə hava şəraitinin qeyri-sabitliyi turizm sektoruna, xüsusilə də bölgə hotellərinə öz təsirini göstərir. Bu təsir müxtəlif istiqamətlərdə özünü büruzə verir. Bir tərəfdən bu hava şəraiti turistlər üçün cəlbedici ola bilər. Çünki qış mövsümündə Azərbaycana, xüsusilə bölgələrə qar görmək məqsədilə gələn Körfəz ölkələri, Hindistan və Pakistan kimi ölkələrdən olan turistlər üçün may ayında qar görmək xoş bir sürprizə çevrilir".
Ekspert deyib ki, hotellər bu cür hava şəraitinə müəyyən qədər uyğunlaşmış olsalar da, yay mövsümü üçün nəzərdə tutulmayan əlavə enerji və yanacaq xərclərinin artması mümkündür:
"Bu baxımdan hotellərin xərclərində qismən artım müşahidə oluna bilər.Bununla belə, ümumi mənzərəyə baxdıqda, belə hava şəraiti bəzi hallarda müsbət təsir də yaradır. Məsələn, Şahdağ kimi bölgələrə səfər edən turistlər qar gördükdən sonra planlarını dəyişərək həmin ərazidə bir neçə gün əlavə qalmağı seçə bilirlər. Bu isə hotellər üçün əlavə gəlir deməkdir. Nəticə etibarilə, bu cür hava şəraiti müvəqqəti xarakter daşıyır və yaxın dövrdə daha sabit və isti havaların müşahidə olunacağı gözlənilir",- deyə o bildirib. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 May 2026 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri