Mədəniyyət Nazirliyinin nümayəndəsi: Gənclərdə innovativ və kreativ yanaşma tərzini formalaşdırmaq istəyirik AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Şuşa, 2 dekabr, AZƏRTAC
“Gənclər Paytaxtı” olan Şuşa şəhərində olmaq qürurverici məqamdır. Mədəniyyət Nazirliyi olaraq, biz də burada öz tədbirlərimizi keçiririk".
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyinin yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin nümayəndəsi Ülviyyə Zeynalova jurnalistlərə açıqlamasında deyib.
Mədəniyyət Nazirliyinin təşkil etdiyi "Yaradıcılıq marafonu" tədbiri barədə danışan qurum nümayəndəsi deyib: "Bu, İslam Əməkdaşlıq ölkələrindən olan müxtəlif istedadlı və yaradıcı gəncləri birləşdirən platformadır. Tədbirin mahiyyəti gənclərin kreativ məhsul yaratmasını dəstəkləmək və kömək etməkdir. Onlarda innovativ və kreativ yanaşma tərzini formalaşdırmaq istəyirik. Gənclər dörd sahə - animasiya, film, moda, dizayn üzrə fərqli məhsullar ərsəyə gətirəcəklər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Dekabr 2024 22:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















