Mehdiyev Rusiyadan iki orden, bir medal alıb Hansı dövlət mükafatları əlindən alına bilər?
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, sabiq AMEA prezidenti Ramiz Mehdiyev dövlətə qarşı ağır cinayətlərdə ittiham olunur. Dünən Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev həbsi qətmkan tədbiri seçib. Əgər irəli sürülən ittihamlar məhkəmədə təsdiqini taparsa, R.Mehdiyevi ağır cəza gözləyir, habelə o, dövlət təltiflərindən məhrum edilə, əmlakları dövlət nəfinə müsadirə oluna bilər.
Qeyd edək ki, keçmiş məmur Azərbaycanın əksər yüksək dövlət təltiflərini alıb, habelə karyerası boyunca 3 dəfə Rusiya dövləti tərəfindən ordenlər və medalla mükafatlandırılıb.
“AzPolitika" Ramiz Mehdiyevin əsas dövlət təltiflərini təqdim edir:
“İstiqlal” ordeni - 17 aprel 2008.
“Şərəf” (Fəxri) ordeni - 17 aprel 2013.
“Şöhrət” ordeni - 16 aprel 2018.
“Heydər Əliyev” ordeni - 23 oktyabr 2019.
Rusiya Federasiyasının “Şöhrət” ordeni - 2018.
Rusiya Federasiyasının “Dostluq” ordeni - 14 may 2008.
İki dəfə sovet dövrünün “Qırmızı Əmək Bayrağı” ordeni.
Nizami Gəncəvi adına Azərbaycanın Qızıl medalı - 2021.
Rusiya Elmlər Akademiyasının xatirə medalı - 2021.
“AzPolitika.info”

