Icma.az
close
up
RU
Məhkəmə əmək mühafizəsi qaydalarını pozan şirkət rəhbəri ilə bağlı qərar verdi

Məhkəmə əmək mühafizəsi qaydalarını pozan şirkət rəhbəri ilə bağlı qərar verdi

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ali Məhkəmədə əmək mühafizəsi qaydalarını pozmada təqsirləndirilən Dilqəm Babayevin (adı, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kasassiya protesti üzrə məhkəmə iclası başa çatıb.  

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti qismən təmin olunub, məhkumun barəsində Bakı Apellyasiya Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Məhkəmə hökmündən Dilqəm Babayevin özəl hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməsinə dair müddəalar xaric edilib.

İttihama görə, 2 iyun 2023-cü il tarixdə saat 15 radələrində Dilqəm Babayevin paytaxtın Suraxanı rayonunda yerləşən şirkətində partlayış baş verib.

Belə ki, zərərçəkmiş Q.Q. (adı, soyadı şərtidir) sexində həcmi 40 ton, uzunluğu 6 metr, eni 3, hündürlüyü isə 2,26 metr olan dəmir materiallı, 8 mm qalınlığında olan üstlərdən elektrod qaynaq vasitəsi ilə bir sıra çənlər yığılması işi görən zaman partlayıb. Nəticədə zərərçəkmişin sağlamlığına ağır zərər yetirilib.

Hadisədən sonra şirkətin rəhbəri Dilqəm Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 314.1-ci (Səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə aylıq qazancından 20 faiz dövlət nəfinə tutulmaqla o, 1 il müddətə islah işləri cəzasına məhkum edilib. Hökmdən təqsirləndirilən şəxsin apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edib. Məhkum Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə təqsirli bilinib və ona 1 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında, hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə aylıq qazancından 10 faiz dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzası təyin edilib.

Kamal Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://pravda.az
archiveBu xəbər 26 May 2025 08:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kanadada Çərkəz Məcidin xatirə gecəsi keçirilib

26 May 2025 13:10see362

Minlərlə ukraynalı Avropada qaçqın statusundan məhrum edilib

26 May 2025 20:06see128

İcbari tibbi sığorta xidmətlərinə qoşulan özəl xəstəxanaların sayı açıqlandı

26 May 2025 11:21see126

Bakıda dünya çempionu azyaşlını işgəncə ilə öldürüdü DƏHŞƏTLİ TƏFƏRRÜATLAR

26 May 2025 20:17see126

Vüsalədən vəfat edən qardaşının övladı ilə bağlı paylaşım Video

26 May 2025 09:39see121

Həftənin ilk günü bu yollarda tıxac var

26 May 2025 08:39see118

Deyirlər, ölürəm, çox vaxtım qalmayıb... Kadırov

27 May 2025 12:00see116

NDU da “Süni intellekt: nəzəriyyədən praktikaya” II Beynəlxalq elmi konfransı keçirilib

26 May 2025 19:05see114

Azərbaycan nəqliyyat vasitələrinin idxalına nə qədər xərc çəkib?

26 May 2025 14:20see113

Bakıda böyük SÖKÜNTÜ OLACAQ Bu şəxslərə…

27 May 2025 08:04see112

Trampdan gözlənilməz bəyanat: Putin dəli olub, əgər o, bunu edərsə, Rusiya çökəcək

26 May 2025 08:06see112

Xaricdən maşın sifariş edərkən nələrə diqqət etməliyik?

26 May 2025 19:42see112

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

26 May 2025 10:24see112

Zelenskinin reytinqi açıqlandı Trampın müstəsna xidməti

26 May 2025 19:22see112

Rusiya: Putinin helikopterinə hücum cəhdi olub

26 May 2025 16:34see112

Putinin helikopterini Ukrayna vurub? VİDEO

26 May 2025 18:39see112

Erməni Apostol Kilsəsi yenə sərsəmlədi: Özlərini revanşist dəyərlərin tərəfdarı kimi göstərirlər

26 May 2025 13:12see111

Bu BÜRCLƏRİN həyatında hər şeyi dəyişəcək: yalnız onlar qara zolaq a son qoyacaqlar

26 May 2025 09:09see110

Dövlət Vergi Xidməti Qarabağ Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb

26 May 2025 10:49see110

Anasını qorumaq üçün atasını öldürən Mircamal da azadlığa çıxdı

26 May 2025 11:41see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri