Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR
Icma.az, Lent az saytına istinadən bildirir.
Həbsdə olan vəkil Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində olan qərardan verilən apellyasiya şikayətinə baxılıb.
Lent.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Vəkil Cavidan Osmanlının verdiyi məlumata görə, qərar dəyişdirilmədən qüvvədə saxlanılıb. Adəm Məmmədovla bağlı hökm qüvvəyə mindiyi üçün o, cəzaçəkmə müəssisəsinə köçürüləcək.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, Adəm Məmmədov 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə onun qardaşı Xəyyam Məmmədovu 6 ay müddətinə islah işləri cəzasına məhkum edib.
Adəm Məmmədov və qardaşı Xəyyam Məmmədov barəsində vəkil Ceyhun Yusifov xüsusi ittiham qaydasında ərizə ilə məhkəməyə müraciət edib. Onlar Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli biliniblər.
İttihama görə, Adəm Məmmədov və qardaşı özlərinə məxsus saytda Ceyhun Yusifovu ağır cinayətdə ittiham edib, ona böhtan atıblar.
Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin yanvarın 27-dəki qərarı ilə Adəm Məmmədovun vəkillik fəaliyyəti 3 ay müddətinə dayandırılıb.
Vəkil Ceyhun Yusifovun fəaliyyəti isə 27 .11.2024-cu il noyabrın 27-dən 1 illik dayandırılıb.
(APA)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 16 İyul 2025 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















