Meksika prezidenti küçədə ona qarşı təcavüz cəhdindən sonra polisə müraciət etdi KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Meksika prezidenti Klaudiya Şeinbaum Meksikonun mərkəzində gəzinti zamanı bir kişinin ona qarşı nalayiq hərəkətlər etdiyinə görə polisə müraciət edib.
KONKRET.az xəbər verir ki, həmin şəxs prezidenti öpməyə və əllərini onun sinəsinə qoymağa cəhd göstərib. Qanun pozucusunun paytaxt sakini və sərxoş olduğu müəyyənləşdirilib.
“Əgər bu, prezidentlə baş verirsə, bəs ölkəmizin gənc qadınlarının vəziyyəti necədir? Heç bir kişi qadının şəxsi sərhədlərini pozmaq hüququna malik deyil,” – deyə Şeinbaum bildirib və mühafizəsini gücləndirmək niyyətində olmadığını vurğulayıb.
Hadisədən sonra o, Qadın məsələləri üzrə Nazirliyə ölkənin bütün ştatlarında seksual təcavüzün cinayət hesab olunması üçün təşəbbüs göstərməyi tapşırıb. Hazırda bu norma yalnız bölgələrin yarısında qüvvədədir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 06 Noyabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















