Meksika üçün Azərbaycan böyük imkanlar ölkəsidir Səfir
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qafqaz Asiya, Avropa və Orta Şərqi özündə ehtiva edən təkrarsız coğrafi yerləşməsinə görə maraq doğuran ərazidir. Təchizat zənciri üçün çox əhəmiyyətli tranzit məkan olduğundan onun strateji dəyərini tanıyırıq. Logistika baxımından iddialı infrastruktur layihələri böyük imkanlı logistik alternativləri təqdim edir: misal üçün, Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənubi Qafqazı Avropa ilə birləşdirən qaz kəməri.
Axar.az xəbər verir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Teleqraf.az-a müsahibəsində deyib.
“Meksika üçün Azərbaycan Qafqazın böyük imkanlara malik olan ölkəsidir. Ölkənin ixrac edə biləcək enerji sərvətləri və artıq qeyd etdiyim kimi, əlverişli yerləşməsi var, bununla da ölkə Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyaya doğru böyük əhəmiyyət kəsb edən logistik qovşağa çevrilib”, - səfir bildirib.

