Icma.az
close
up
RU
Məktəb qız və oğlanlar arasında riyaziyyat üzrə gender fərqini formalaşdırır

Məktəb qız və oğlanlar arasında riyaziyyat üzrə gender fərqini formalaşdırır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Yeni araşdırma göstərib ki, qızlar məktəbdə riyaziyyat üzrə oğlanlardan geri qalmağa başlayır. Üstəlik, zaman keçdikcə bu fərq daha da artır. Nə yaş, nə sosial status, nə də məktəbin səviyyəsi bu fərqə təsir göstərmir.

Bizimyol.info xəbər verir ki, bu barədə tədqiqat "Nature" jurnalında dərc olunub və 2018–2021-ci illərdə Fransada birinci və ikinci sinifdə təhsil alan 2,65 milyon şagirdin məlumatlarının təhlilinə əsaslanır. Tədqiqat müəllifləri — təhsildə gender fərqləri üzrə ixtisaslaşmış beynəlxalq alimlər qrupudur.

Alimlər Fransa Təhsil Nazirliyi tərəfindən 2018-ci ildə tətbiq olunan "EvalAide" adlı dövlət sistemindən istifadə ediblər. Bu sistem, ənənəvi məktəb qiymətlərindən asılı olmadan şagirdlərin riyazi və dil bacarıqlarını real vaxt rejimində izləməyə imkan verir.

Təhsilin əvvəlində — birinci sinfin başlanğıcında — qızlarla oğlanlar arasında riyaziyyat üzrə heç bir fərq müşahidə olunmayıb. Əksinə, qızlar dil bacarıqlarında az da olsa yaşıdlarından üstün olublar — bu, məktəbəqədər dövr üçün xarakterikdir.

Lakin artıq təhsilin beşinci ayında qızlar riyazi bacarıqlarda oğlanlardan geri qalmağa başlayır və bir ildən sonra bu fərq orta hesabla 20%-ə çatır.

Ən maraqlısı isə budur ki, bu fərq: uşağın yaşından (Fransada uşaqlar 5–7 yaş arasında birinci sinfə gedirlər), ailənin sosial vəziyyətindən, və ya da məktəbin keyfiyyətindən asılı olmadığı müəyyən edilib.

Bu isə onu göstərir ki, gender fərqi birbaşa məktəb təhsil sistemi tərəfindən formalaşdırılır — özü də çox sürətli şəkildə.

Araşdırma bu halın səbəblərini izah etməsə də, təhsil sisteminə mühüm bir sual ünvanlayır: Məktəbin erkən mərhələsində nələr bu cür gender fərqinin yaranmasına səbəb olur?

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 11 İyul 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri