Icma.az
close
up
RU
Məktəblərdə rüşvət qalmaqalı: 4 milyardlıq vəsait hara gedir? 3 quruma işarə

Məktəblərdə rüşvət qalmaqalı: 4 milyardlıq vəsait hara gedir? 3 quruma işarə

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni tədris ili başlayan kimi ənənəvi mövzular gündəmə gəlib. Təəssüf ki, bəzi problemlərin hələ də həll edilmədiyi deyilir. İddialara görə, bir sıra təhsil müəssisələrində valideynlərdən pul yığılır. Hətta bir neçə gündür ki, sosial şəbəkələrdə bu istiqamətdə səs yazıları yayılır, faktlar ortaya qoyulur. Bildirilir ki, şagirdlərdən istər məktəbin təmiri, istərsə də tədbirlərin keçirilməsi üçün vəsait tələb edilir. Nəticədə cəmiyyətdə narazılıq yaranır.

Sinif otaqlarını niyə valideynlər təmir etdirir?

Globalinfo.az-a danışan təhsil eksperti Elşən Qafarov deyib ki, tədris ili başlayan kimi təmir, təmizlik, bilik gününə hazırlıq, summativ imtahanları üçün pul yığımları valideynlərin haqlı narazılığına səbəb olur:

“Problemin kökündə Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA), eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin prosesə nəzarət edə bilməməsi dayanır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi artıq iki ildir rəhbərsizdir. Bundan əlavə, təhsil sahəsinin idarə edilməsində də ciddi ziddiyyətlər mövcuddur”.

Elşən Qafarov

Ekspert qeyd edib ki, nazirlikdəki müxtəlif qurumlar büdcə və idarəetmə səlahiyyətlərinə görə bir-biri ilə rəqabətdədir:

“Təhsilə ayrılan büdcənin 50 faizi də bu mübarizəni kəskinləşdirir. Nəticədə təhsil sistemində idarəetmə xaosu, maliyyə mənimsəmələri və pul yığımı kimi neqativ halların qarşısı alınmır. Müəllimin nüfuzu azalır, valideynlər isə əlavə maliyyə yükü daşımaq məcburiyyətində qalırlar. Bu problemlərin həlli üçün şəffaf idarəetmə qurulmalı, şəxsi və kommersiya maraqlarına xidmət edən kadrlar, yaxud strukturlar aradan qaldırılmalıdır. Əks halda, mövcud vəziyyət belə davam edəcək”.

Təhsil eksperti Kamran Əsədov bildirib ki, 2025-ci il üçün Azərbaycan dövlət büdcəsindən təhsil sahəsinə 4 milyard 946 milyon manat vəsait ayrılıb:

Kamran Əsədov

“Bu, 2024-cü illə müqayisədə 395,7 milyon manat artım deməkdir. Lakin dünya təcrübəsi ilə müqayisədə təhsilə ayrılan vəsaitin Ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisinin 3,8%, dövlət büdcəsi xərclərində isə 12% təşkil etməsi  hələ də kifayət deyil. Bu məbləğ təhsil infrastrukturunun yenilənməsinə və məktəblərin təmirinə yönəldilib. 2025-ci ildə təhsilə ayrılan vəsaitlərin bölgüsü də diqqət çəkir. Əsas istiqamətlər arasında ümumi təhsilə ayrılan vəsaitlər 2 milyard 347,6 milyon manat və ya 47,5% ilə liderlik edir. Bu, ümumi təhsilin prioritet olaraq maliyyələşdirildiyini göstərir. Ali təhsilə və dövlət sifarişi ilə ali təhsil maliyyələşməsinə 750,7 milyon manat ayrılması isə nisbətən daha aşağı səviyyədədir. Təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılan 1 milyard 79,3 milyon manat vəsait (21,8%) əhəmiyyətli dərəcədə yüksəkdir”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see250

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see223

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see220

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see217

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see201

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see197

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see195

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see190

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see189

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see173

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see165

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see156

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see152

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see148

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri