Icma.az
close
up
RU
Menu

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

Azərbaycan Türkmənistan arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi gözlənilir Deputat

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

Azərbaycan bu qədər pul itirdi Rəqəmlər

Orban: Macarıstan Aİ dən çıxa bilər

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

AL: İkinci mərhələnin iştirakçıları müəyyənləşir

Məktəbli oğlan sevgilisini narahat edən yaşıdını bağda belə cəzalandırdı QƏSƏBƏDƏ QANLI CİNAYƏT

Məktəbli oğlan sevgilisini narahat edən yaşıdını bağda belə cəzalandırdı QƏSƏBƏDƏ QANLI CİNAYƏT

Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Quba rayonunda 2007-ci il təvəllüdlü Vüsal sevgilisi haqqında xoşagəlməz ifadələr işlədən Mahirə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Bakupost.az -ın Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, hadisə 26 avqust 2024-cü ildə Quba rayonunun qəsəbəsində baş verib.

Vüsal qəsəbədə “Çay yolu” və ya “Qəbiristanlıq yolu” adlanan yolun kənarında meyvə bağı sahəsində qəsəbə sakini Mahirin “İnstagram” sosial şəbəkəsində sevgilisinə yazaraq tanışlıq təklif eləməsi, narahatlıq yaratması səbəbindən onunla mübahisə edib.

Mübahisə zamanı Mahirin əvvəlcə sifət və sağ gicgah nahiyəsinə iki yumruq, daha sonra mətbəx bıçağı ilə qarınına iki zərbə vurub.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, Quba rayonunun qəsəbəsində atası, anası, nənəsi, babası və bir bacısı ilə birlikdə yaşayır: “Orta məktəbin 11-ci sinifində oxuyuram. Mahir mənimlə eyni qəsəbədə yaşayır, onu uşaqlıqdan tanıyıram. Münasibətlərimiz həmişə yaxşı olub. Aramızda hər hansı ədavət və ya düşmənçilik yoxdur”.

“Mənə dostumla xəbər göndərdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin avqust ayının ortalarında istifadə etdiyi mobil telefonu naməlum şəraitdə itirib: “Bu səbəbdən sevdiyim qızla, yəni mənimlə eyni qəsəbədə yaşayan Aydanla əlaqə yarada bilmədim.

Telefonumu itirdikdən bir neçə gün sonra dostum Ramizlə yaşadığımız qəsəbədə görüşdük və bildirdi ki, Mahir tanış olmaq məqsədilə Aydanın “İnstagram” hesabını rəfiqəsi Samirədən götürüb, “İnstagram”da Aydana yazaraq tanışlıq təklif edib. Aydan Mahiri qara siyahıya salıb, Mahir isə başqa hesabdan yenidən yazaraq onu narahat edib.

Həmin vaxtlarda telefonum olmadığı üçün Aydan məcbur qalaraq Mahirin onu narahat eləməsi barədə mənə dostum Ramiz vasitəsilə xəbər göndərdi. Görüş zamanı Ramiz onu da bildirdi ki, Mahir mənim barəmdə Samirəyə həqiqətə uyğun olmayan, məni gözdən salan ifadələr deyib. Hətta Ramiz mənə Samirə ilə Mahir arasında yazışmaların şəkillərini də göstərdi.

Mən Ramizin telefonuna baxanda gördüm ki, Mahir doğrudan da Aydana yazaraq onu narahat edib, həmçinin mənim barəmdə nalayiq sözlər deyib. Qərara gəldim ki, Mahirlə görüşüb “dərsini” verim.

Ramizin telefonundan Mahirə zəng etdim. Zəngə cavab vermədiyi üçün “İnstagram” hesabında öz adımdan yazaraq onu görüşə çağırdım. Mahir cavabda yazdı ki, hazırda Qobustan rayonundadır, Qubaya qayıtdıqdan sonra mənimlə söhbəti həll etməyə gələcək”.

“Mənimlə görüşməyə razılaşdı”

Vüsalın sözlərinə görə, avqustun 26-da saat 19 radələrində nənəsinin mobil telefonundan öz “İnstagram” hesabına daxil olub və görüb ki, Mahir ona “haradasan, Qubadayam, gəl görüşək” məzmununda mesaj yazıb: “Cavabda yazdım ki, qəsəbədə parkın yaxınlığına gəlsin, orada görüşək. O da görüşməyə razılaşdı.

Bundan sonra Ramizə telefonla zəng edib dedim ki, Mahir mənimlə parkın yaxınlığında görüşməyə gəlir, telefonunu da götür gəl, əgər etdiyi əməlləri boynuna almazsa, yazışmaları göstərərək ona sübut edim.

Bir neçə gün əvvəl Mahir söz-söhbət yaymışdı ki, məni görüşəndə bıçaqla vuraraq cəzalandıracaq. Bu səbəbdən evdən çıxanda özümü qorumaq üçün hər ehtimala qarşı mətbəx bıçağı götürərək əynimdəki şalvarın sol yan cibinə qoydum”.

“Əvvəl etiraf etmədi”

Vüsal bildirib ki, saat 20 radələrində parkda olub, az sonra Ramiz də ora gəlib: “Təxminən 5-10 dəqiqə sonra Mahir də parka gəlib bizə yaxınlaşdı. Söhbət üçün mən "Çay yolu" və ya "Qəbiristanlıq yolu" adlanan kənar bir əraziyə getməyi təklif etdim ki, camaat bizim mübahisəmizin görməsin. Söhbət etmək üçün kənara getməyimizdən Ramiz narahat oldu, amma bizimlə gələcəyini bildirdi.

Üçümüz birlikdə parkdan təxminən 600-700 metr getdikdən sonra yolun kənarında yerləşən ətrafı açıq meyvə bağı sahəsinə keçdik. Mahirdən arxamca danışması və Aydanı hansı səbəbdən narahat etməsinin səbəbini soruşdum. Əvvəlcə heç nəyi etiraf etmədi. Lakin mən Ramizin telefonunu götürərək yazışmaların şəkillərini ona göstərdim. Mahir etdiklərini boynuna aldı”.

“Bıçaq zərbəsindən sonra qışqırmağa başladı”

Təqsirləndirilən şəxs qeyd edib ki, Mahir söhbət əsnasında etdiyi səhvə görə üzrxahlıq etmək əvəzinə, onunla kobud və özündən razı şəkildə danışmağa başlayıb: “Əsəbiləşərək onun sifət nahiyəsinə iki yumruq vurdum. Ramiz dərhal məni tutaraq sakitləşdirməyə başladı.

Ramizin araya girərək bizi ayırmasına Mahir narazılıq etdi, onun kənarda durmasını istədi. Lakin Ramiz kənara çəkilmədi, bizi ayırmağa davam etdi, məni tutaraq saxladı. Mahir isə Ramizə "kənara çəkil" deyib, üzümə tərəf yumruq zərbələri atmaqla məni vurmağa cəhd etdi. Zərbə mənə yox, məni əlləri ilə tutub saxlayaraq sakitləşdirən Ramizin sifətinə dəydi. Yumruq zərbəsi dəyəndən sonra onun əlləri boşaldı.

Mən Ramizin əlindən çıxaraq Mahirin başına bir yumruq vurdum. O, bir qədər arxaya çəkildi və əlini belinə atdı. Elə bildim ki, şalvarının kəmərinin altında bıçaq var və belinin üstündəki həmin bıçağı götürərək məni vuracaq. Buna görə onu qabaqlamaq qərarına gəldim.

Mahir arxaya çəkilərək əlini belinə atarkən şalvarımın sol yan cibində saxladığım mətbəx bıçağını çıxardım və onun qarın nahiyəsindən iki dəfə vurdum. Bıçaq zərbəsinin təsirindən qarnını tutaraq qışqırmağa başladı. Ramiz isə yaralı vəziyyətdə olan Mahirə kömək etdi.

Mən həyəcanlandım, qorxaraq əlimdəki bıçağı kəmərimin altına keçirdim və hadisə yerindən uzaqlaşaraq bağ sahələrinə doğru qaçmağa başladım. Ramiz hadisə yerində qalaraq Mahirə kömək etməkdə davam elədi”.

Vüsal bildirib ki, hadisə yerindən təxminən 3 kilometr uzaqlaşdıqdan sonra bağ sahələrinə çatıb: “Gördüm ki, hadisəni törətdiyim bıçaq üzərimdə yoxdur. Başa düşdüm ki, onu yolda düşürmüşəm, amma harada düşürdüyümü bilmirəm.

Bağda oturub səhərin açılmasını gözlədim. Səhər saat 7 radələrində yaşadığım evə getdim. Ailə üzvlərimə hadisə barədə danışdım. Atamla birlikdə Quba Rayon Polis Şöbəsinə gələrək hadisəni törətdiyimi etiraf etdim”.

“Bildirdim ki, mənə bir qız tapsın”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Mahirin sözlərinə görə, təqsirləndirilən Vüsalı uşaqlıqdan tanıyır, əvvəllər dostluq münasibətləri olub, son iki ildə münasibətləri soyuyub: “Buna baxmayaraq ümumi münasibətimiz qalırdı.

2024-cü il avqust ayının əvvəllərində qız dostum, mənimlə eyni qəsəbədə yaşayan Samirə ilə “İnstagram” sosial şəbəkəsində yazışarkən bildirdim ki, tanış olmaq üçün mənə bir qız tapsın. Samirə rəfiqəsi, bizimlə eyni qəsəbədə yaşayan Aydanı mənə tanışlıq üçün təklif etdi. Samirədən Aydanın kiminləsə sevgili olub-olmadığını soruşdum. Aydanın əvvəllər Vüsalla sevgili olduğunu, lakin ayrıldıqlarını bildirdi.

Aydanın həyatında heç kimin olmadığını öyrəndikdən sonra tanışlığa qərar verdim. Samirə mənə Aydanın “İnstagram” səhifəsini verdi.

Samirə Aydana mənim tanış olmaq istəyimi dedikdən sonra ona “İnstagram”da yazaraq əlaqə saxlamağa başladım. Bir-iki gün yazışdıqdan sonra Aydan mənə yazdı ki, bizdə alınmaz. Səbəbi soruşduqda bunun mənə aid olmadığını bildirdi, məni qara siyahıya saldı.

Samirədən Aydanın məni istəməməsinin səbəbini soruşdum. O da Aydanın qərarsız olduğunu bildirdi. Samirəyə dedim ki, seçim özünündür, öz həyatıdır, özü bilər.

Bir neçə gün sonra mən Samirə ilə “İnstagram”da yazışarkən sözgəlişi soruşdum ki, Aydan Vüsaldan hansı səbəbdən ayrılıb? Bildirdi ki, mübahisə ediblər, Vüsal Aydana qarşı təhqiramiz söz işlədib. Mən da yazdım ki, qıza qarşı təhqiramiz söz işlətmək nakişilikdir. Samirəyə Vüsalın yaramaz və nakişi olduğunu dedim. Çünki qəsəbədə yaşıdlarım arasında gəzən söhbətlərdən də belə başa düşdüm ki, Vüsal yaramaz uşaqdır və nakişidir”.

“Məsələyə aydınlıq gətirəcəyimi bildirdim”

Mahir qeyd edib ki, 2024-cü ilin avqust ayının ikinci ongünlüyünün sonlarında “İnstagram”da Vüsal yazaraq onu görüşə çağırıb: “Öz telefonu olmadığı üçün dostu Ramizin telefonundan “İnstagram”a daxil olaraq mənə yazdığını bildirdi. Dediyinə görə, bir neçə gün əvvəl telefonunu itirdiyi üçün Aydan narahat olunması barədə dostu Ramiz vasitəsilə ona xəbər göndərib.

Vüsala Qobustan rayonunda olduğumu, Qubaya qayıtdıqdan sonra görüşərək bu məsələyə aydınlıq gətircəyimi bildirdim”.

Mahirin ifadəsinə görə, avqsutun 25-də Qobustandan Qubaya gəlib: “Avqustun 26-da “İnstagram”da Vüsala yazaraq Qobustandan gəldiyimi, görüşmək istədiyimi bildirdim. Həmin gün saat 20 radələrində parka getdim, gördüm, Vüsal dostu Ramizlə məni gözləyir.

Vüsal bildirdi ki, Aydan narahat olunması barədə xəbəri Ramiz vasitəsilə göndərdiyindən və yazışmaları Ramizin telefonunda gördüyündən onu da görüşə çağırıb. Daha sonra kənar bir əraziyə getməyi təklif etdi. Kənara getməyimizdən narahat olan Ramiz də bizimlə gələcəyini bildirdi”.


“Dedim ki, sən qıza qarşı təhqiramiz söz işlətmisən”

Mahir qeyd edib ki, Vüsal ondan Aydanı narahat etməyinin, Aydanın rəfiqəsi Samirəyə onun arxasınca danışmağının səbəbini soruşub: “Vüsala dedim ki, sən qıza qarşı təhqiramiz söz işlətmisən, bu, düzgün hərəkət deyil. Mən səni necə tanımışamsa, Samirəyə elə də demişəm.

Bu cavabımdan sonra Vüsal qəflətən sifət və sağ gicgah nahiyəmə iki yumruq vurdu. Ramiz dərhal onu tutaraq sakitləşdirməyə çalışsa da, yenə mənə yumruq atdı. Mən də özümü müdafiə üçün Vüsala yumruq zərbələri atdım. Atdığım yumruq zərbəsi Vüsala yox, onu sakitləşdirməyə çalışan Ramizin sifətinə dəydi.

Ramizin üzünə yumruq dəyəndən sonra əlləri boşaldı. Vüsal onun əlindən çıxaraq baş nahiyəmə yumruq vurdu. Sonra cibindən bıçaq çıxararaq qarın nahiyəmin sağ və sol tərəfinə iki zərbə endirdi. Gözlərim qaraldı, huşumu itirdim.

Bir neçə dəqiqə sonra gördüm ki, Ramiz üzümə əli ilə vuraraq məni oyatmağa çalışır. Ramiz yaxınlıqda yaşayan, “Dədə” adıyla tanınan Pənahı köməyə çağırdı. Məni Əlinin avtomobili ilə xəstəxanaya apardılar”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 09 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see130

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see124

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see119

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see118

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see117

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see117

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see116

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see115

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see114

Berdiməhəmmədovun səfəri regional əməkdaşlığa töhfə verəcək” MÜNASİBƏT BİLDİRİLDİ

17 İyul 2025 12:38see112

Təhsilin inkişafı dövlətin diqqət mərkəzindədir

17 İyul 2025 17:31see111

Prezident və Qurbanqulu Berdiməhəmmədov Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıb

17 İyul 2025 13:34see111

Erməni cəmiyyətinin düşüncə kodları dəyişməlidir ŞƏRH

17 İyul 2025 12:43see111

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see110

Azərbaycan Türkmənistan arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi gözlənilir Deputat

17 İyul 2025 13:35see110

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see110

Azərbaycan bu qədər pul itirdi Rəqəmlər

17 İyul 2025 16:58see109

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see108

AL: İkinci mərhələnin iştirakçıları müəyyənləşir

17 İyul 2025 13:53see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri