Icma.az
close
up
RU
Məktəbli qızı aldadıb evinə gətirib Övladları üçün “bacım uşaqlarıdır” deyib...

Məktəbli qızı aldadıb evinə gətirib Övladları üçün “bacım uşaqlarıdır” deyib...

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Şəmkirdə yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bakupost.az -ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, rayonun kəndlərindən birində yaşayan 2001-ci il təvəllüdlü Hüseyn İbrahimova (soyad şərti) Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Araşdırmalar zamanı məlum olub ki, Hüseyn 2020-ci ildə evlənib və 2 azyaşlı övlad var. 2024-cü ilin əvvəlində boşanan oğlan “snapchat” sosial şəbəkəsində Abşeron rayonu Pirəkəşkül qəsəbəsində yaşayan 2009-cu il təvəllüdlü Züleyxa (şərti adlı) ilə tanış olub və aralarında münasibət yaranıb. 10-cu sinif şagirdi olan yeniyetmə qız 2 avqust 2024-cü il tarixdə evdə anası ilə mübahisə edərək mənzili tərk edib. O, Bakıda “Şamaxinka” adlanan yerə gələrək Şəmkirə gedən taksi tapıb və gecə saat 01 radələrində taksi ilə yola düşüb.

Yeniyetmə qız gedərkən “məni yalandan axtarmayın, sevdiyim gəlib məni apardı, axtarsanız da, tapa bilməzsiniz” şəklində məktub yazaraq evə qoyub.

Hüseynin istəyi ilə Şəmkirə gedən qız 3 avqustda onunla görüşərək yaşadığı evə gedib. Burada Hüseyn öz körpə övladlarını bacısının uşaqları kimi qələmə verərək subay olduğunu deyib. Lakin bir müddət sonra Züleyxa uşaqların Hüseynə məxsus olmasını öyrənib və onlara baxmağa razı olub. Hüseynin ailə üzvləri də 15 yaşında olduğunu bildikləri qızı evin gəlini kimi qəbul ediblər.

Lakin yeniyetmənin ailəsinin polisə müraciət etməsindən sonra 10 avqustda onun yeri müəyyən edilib və tapılaraq valideynlərinin yanına qaytarılıb.

15 yaşlı qızla cinsi əlaqədə olmuş Hüseynə isə cinayət işi açılıb və bir neçə gün əvvəl Şəmkir Rayon Məhkəməsinin çıxardığı hökmlə ona 1 il 9 ay həbs cəzası verilib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Aprel 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see236

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see171

Bakı Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var FOTO VİDEO

21 May 2025 06:36see132

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see120

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see120

Bakıdakı dünya çempionatına start verildi Azərbaycan Bəhreynə qarşı

21 May 2025 09:47see120

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see119

Bakıdan Tehrana və Təl Əvivə mesaj: Azərbaycan heç kimə hesabat vermir

20 May 2025 18:07see118

Qarabağ FCSB matçı Avropa Liqasının TOP 10 da

20 May 2025 21:07see118

Azərbaycanda bir nəfərin aylıq xərci nə qədərdir?

21 May 2025 07:16see117

"İsrail özünü dostlarından təcrid edir"

20 May 2025 22:39see116

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see116

NATO bu ölkədə əməliyyat mərkəzi yaradır

20 May 2025 18:10see116

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see116

Ukrayna Rusiyanın mühüm zavodunu vurdu

21 May 2025 10:06see116

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see114

Rubio etiraf edir...

21 May 2025 19:47see114

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see114

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see112

De Brüyne seçim arasındadır

21 May 2025 18:19see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri