Melania Tramp ilk dəfə canlı yayımda təkzib etdi: Heç bir əlaqəm olmayıb
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melania Tramp qalmaqallı maliyyəçi Ceffri Epşteynlə ilə bağlı iddialara ilk dəfə açıq şəkildə münasibət bildirib. Ağ Evdə kameralar qarşısına keçən Melania Tramp yayılan xəbərlərin əsassız olduğunu bəyan edib.
Qaynarinfo xəbər verir ki, Melania Tramp yaçıqlamasında Epşteyn ilə hər hansı əlaqəsinin olmadığını və onun törətdiyi cinayətlərdən xəbərsiz olduğunu vurğulayıb.
O bildirib ki, haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir və məqsəd onun nüfuzuna xələl gətirməkdir:
"Məni Epşteynlə bağlayan yalanların bu gün bitməsi lazımdır. Haqqımda yalan danışan şəxslər etik standartlardan, təvazökarlıqdan və hörmətdən uzaqdır. Onların cahilliyinə etiraz etmirəm, lakin nüfuzuma zərbə vurmağa yönəlmiş bu pis niyyətli cəhdləri qətiyyətlə rədd edirəm”.
Melania Tramp həmçinin ABŞ Konqresini Epşteyn işində zərərçəkənlərin mərkəzdə olduğu açıq dinləmələrin keçirilməsinə çağırıb.
O əlavə edib ki, Epsteyn ilə heç vaxt dost olmayıb və onunla heç bir əlaqəsi olmayıb:
"Mən Epşteynin qurbanı deyiləm. Məni Donald Tramp ilə Epşteyn tanış etməyib. Həyat yoldaşımla 1998-ci ildə Nyu-Yorkda keçirilən bir tədbirdə təsadüfən tanış olmuşam”.
Xatırladaq ki,Cefri Epşteyn azyaşlı qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamları ilə həbs edilmiş və 10 avqust 2019-cu ildə Manhattan Metropolitan Correctional Center həbsxanasındakı kamerasında ölü tapılmışdı.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 10 Aprel 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















