Icma.az
close
up
RU
Mən tək kon(s)trabasda, ƏƏSMN 43 vəkil məmurla korrupsiya xorunda MƏĞRUR BƏDƏLSOY YAZIR

Mən tək kon(s)trabasda, ƏƏSMN 43 vəkil məmurla korrupsiya xorunda MƏĞRUR BƏDƏLSOY YAZIR

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub

On gündən çoxdur Naxçıvanda “Duzdağ” fizioterapiya mərkəzində müalicədəyəm. Bakıda isə pensiyamın “qol-qabırğası”nı pensiya təminatı orqanı “qırıq-qırıq edib”.

Artıq 29 aydır ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (XŞTMF) məhkəməyə müraciət etdiyimə görə məhkəmə qərarı ilə pensiyama əlavə olunan 110 manatın verilməsini dayandırmasına və qəsd-qərəzlə bərpa etməməsinə məhkəmənin qiymət verməkdən imtinası Konstitusiyadan da üstün qüvvəsini alıb. Qərarı çıxaran 1 BİİM-in varisi Bakı İnzibati Məhkəməsi nəinki məhkəmə qərarının icrasını təmin edir, tələbkar ərizə vermədikdə belə xidməti vəzifəsinə görə İCRA HAQQINDA QƏRARDAD çıxarır, əksinə tələbkar kimi verdiyim ərizələrin qəbulundan sərgiləyici şəkildə imtina edir. (?)

Məhkəmə qərarının icrasına 2 il inzibati yolla nail ola bilmədiyimdən qərarı çıxaran Bakı İnzibati Məhkəməsinə 9 ay qabaq “məhkəmə qərarının icrasının özbaşına dayandırılmasından dəyən ziyanın ödənilməsinə” iddia verdim. Hakim Aygün Əhədova iclasın yataqda olduğumdan videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi, dövlət hesabına vəkillə təminat barədə vəsatətlərimə baxmadan, özü də hüquqi yardımdan imtina edərək, iddianı mümkün saymadı ki, icra icraatı qaydasında ərizə verməklə məqsədə daha tez çatmaq olar. Tələbkar kimi borclu XŞTMF-nin 28 aydır özbaşına dayandırdığı qərarın icrasına məcbur edilməsinə ərizə verdim. Bu yol 7 ildir oxşar məhkəmə qərarının icrasına saxtalıqla qadağa qoyan hakim Aygün Abdullayevanın növbəti cinayətkar saxtalığı ilə üzləşdim. Qocaman saxtalıq, qərəz hakimi etirazıma baxmadan  tələbkarın ərizəsini saxtalaşdırıb, “iddianı” mümkün saymadı ki, icra icraatı qaydasında məqsədə daha tez çatmaq olar. (?) Naxçıvanlılar demiş, ə biz nə qaydasında ərizə vermişik, hı?

Apellyasiya şikayətim Bakı Apellyasiya Məhkəməsində Elvin Əliyevin sədri olduğu 4 nəfərlik heyətə veriləndə qərəzlərinə şübhə olmayan  Cahangir Yusifov, Aytən Oruczadə, Günel Abbasova üçlüyünə etiraz(lar)ımı kabinetdən təqdim etdim. Baxılmadı, bircə Cahangir Yusifov uzaqlaşdırıldı. Bu üçlüyün 2 ildir 1-ci dərəcəli Qarabağ qazisi ilə qərəz davası aparması xəstəxanada yatdığımı bildirməyimə baxmayaraq nə iclası ertələməməsindən, nə də dövlət hesabına vəkillə təmin etməməsindən, hətta kassasiya şikayəti verməyə belə vəkildən imtinasından bəlli edir. Ünlü filmdə deyildiyi kimi, yenə həmin dalğa, həmin koordinat. Eyni heyət bu yol Naxçıvanda müalicədə olanda və bu barədə kabinetdən məhkəməyə bildirməyimə baxmayaraq nə vəkillə təminatıma, nə iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi vəsatətimə baxıb, nə şikayətimin dəlillərinə. Amma borclu XŞTMF yenə də, 2 il qabaq olduğu kimi, prosessual hüquq fəaliyyəti qabiliyyəti olmayan ƏƏSMN-in DSMF-də yaratdığı MƏHKƏMƏ FİLİALI-39 SAYLI VƏKİL BÜROSU ilə təmsil olunub. Yeni DSMF sədrinin toplam 43 vəkil-məmura verdiyi 2 etibarnamənin “əsli ilə düzlüyünü” yenə də “dəftərxana sənədləri” təsdiqləyib. Tərəflərin hüquq bərabərliyinə baxın, mən tək kontrabasda Konstitusiya ilə, qarşı tərəf birində 23, o birində 20 vəkil- məmurun saxta etibarnaməsi ilə antikonstitusion korrupsiya xorunda. Hələ üstəlik BİM-in , BAM-ın, Ali Məhkəmənin, Konstitusiya Məhkəməsinin (KM Aparatı 1,5 ildir 3 şikayətimə baxmır, “itirib”), Ombudsman Aparatının ( 2 il qabaq xəstəxanadan məhkəməyə qatılmamağımı suç sayan aparat rəhbəri, indi hakimlərin özbaşınalıqda müstəqil olduğunu, məhkəmə qərarlarının icrasına qadağa qoymaq “hüququnun” Konstitusiyaya uyğunluğunu bildirməkdən doymur) korrupsiya xoruna qatqısı. Gəl bu xorun səsindən kontrabasın səsini eşitdir görüm, necə eşitdirirsən.

Bakı Apellyasiya Məhkəməsinin sədri Elvin Əliyev olan heyəti apellyasiya şikayətimin dəlillərindən başqa qərardadında nə gəldi yazıb. Yenə də məhkəmə qərarının icrasını tələb etməyin mümkün olmadığı həmkarlığı qüvvəyə minib. Qalır kassasiya şikayəti vermək üçün vəkil ayrılması, ona da bu heyət 2 ildir qadağa qoyub ki, tərəflərin hüquq bərabərliyi pozulacaq. (?). Heyət qərardadını yenə də “icra icraatı qaydasında məqsədə daha tez çatmaqla” “əsaslandırıb.”

“Ə bə biz nə qaydasında ərizə vermişik, hı?”

Məğrur Bədəlsoy, Naxçıvan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 25 Avqust 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see248

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see201

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see169

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see161

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see129

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Qazaxıstan Xəzərdə yeni dəniz limanı tikməyi planlaşdırır

25 Noyabr 2025 21:48see127

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see126

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see124

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see124

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see123

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see119

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see119

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri