“Mənimlə heyvandan betər rəftar edilib” Həbs edilən general şikayətlənir AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Qvardiyasının maddi-texniki təminat üzrə keçmiş rəis müavini, general-mayor Mirzə Mirzəyev müvəqqəti saxlama təcridxanasındakı şəraitdən şikayətlənib və onunla “heyvandan da betər” rəftar edildiyini bildirib.
Onun dediyinə görə, Petrovka təcridxanasının əməkdaşları kobud davranaraq onun bəzi şəxsi əşyalarına ziyan vurublar.
Hazırda saxlandığı istintaq təcridxanasında şəraitin fərqli olduğunu vurğulayan Mirzəyev,xidmət əməkdaşlarının məhbuslara münasibətini düzgün adlandırıb.
Rusiya Qvardiyasının arxa cəbhəsinin rəis müavini Mirzə Mirzəyevin Moskvada həbs edilib.
İstintaqın məlumatına görə, 52 yaşlı general-mayor 480 milyonluq müqaviləni pozmaqla hədələyərək, yüngül konstruksiyalı binalar üçün modul təchizatçısından 140 milyon rubl tələb edib. O, pulu aldıqdan sonra saxlanılıb.
Mirzəyevin vəkilləri ev dustaqlığına buraxılmasını istəyiblər, lakin məhkəmə həbs olunan şəxsin 2025-ci il yanvarın 2-dək istintaq təcridxanasına salınmasına qərar verib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 05 Noyabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















