Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO AZƏRTAC
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Komissiyanın dekabrın 2-də keçirilən iclasının protokolu təsdiq edilib.
Sonra bəzi seçki dairələri üzrə seçki məntəqələrinin yaradılmasına dair məsələyə baxılıb. Komissiya seçicilərin sayının artım dinamikası ilə əlaqədar olaraq, seçicilər üçün maksimum əlverişli şəraitin təmin edilməsinin zəruriliyini, habelə yerli və digər şəraiti də nəzərə almaqla, 1 saylı Şərur – Sədərək və 68 saylı Sabirabad – Şirvan seçki dairələrinin hüdudları daxilində yeni seçki məntəqələrinin yaradılması və məntəqə seçki komissiyalarının təşkilinə qərar verib.
İclasda daha sonra 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası və Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.
Media mənsubları tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.
Baxış sayı:126
Bu xəbər 09 Dekabr 2024 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















