Icma.az
close
up
RU
Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib? Yeni Çağ Media

Mərkəzi Univermağın qızıl alverçilərinin 186 min manatı necə ələ keçirilib? Yeni Çağ Media

Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qızıl alverçilərinin külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs Günay Həziyevanın növbəti məhkəmə prosesi keçirilib. 

Yenicag.az-ın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutub. İlk olaraq şahid Taleh Babayev ifadə verərək bildirib ki, atası Sevda xanımla ortaq qızıl alveri edib: “Atama aid olan qızılları Sevda xanım vermişdi Günaya. O da pulu vermirdi. Sonra Sevda xanımdan qızılımızı tələb etdik. Günay xanımla bir dəfə şəhərdə görüşmüşük. Orda dedi hər ay 500-1000 manat ödəniş olunacaq. Ümumi borc məbləği 186 min manat  idi. Onun 30 min manatı bizə çatmalı idi. Biz Sevda xanımla ortaq idik. Pulla bağlı Günay xanımın xalasıgilə getdik, orada mübahisə yarandı, onlar polisə müraciət elədilər. Bizim Mərkəzi Univermaqda qızıl piştaxtamız olub. Atam xəstələnəndikdən sonra həmin biznesi mən davam etdirdim”.

Daha sonra Talehin məhkəmədə verdiyi ilkin ifadəsi elan olundu.

Bəzi şahidlər məhkəmə prosesinə gəlmədiyindən onlar barədə məcburi gətirmə qərarı çıxarıldı. Faiq və Vasif adlı şəxslərin

Təqsirləndirilən şəxsin vəkili lombard işçisi olan Orxan İsayevin məhkəmə prosesinə çağırılması barədə vəsatət verdi.

Zərərçəkən şəxsin vəkili isə lombard işçisinin çağırılmamasını, təqsirləndirilən şəxsin keçmiş həyat yoldaşı Həziyev Səbuhi və anası Lətafət Məmmədovanın isə  məhkəmədə dindirilməsi ilə bağlı vəsatət verdi. Hakim müşavirə edərək vəsatətin  qəbul olunması barədə qərar qəbul etdi.

Məhkəmə prosesi 30 yanvar tarixinə kimi təxirə salındı.

Qeyd edək ki, cinayət işində 4 nəfər qızıl alverçisi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxs Günay Həziyeva barəsində isə azyaşlı uşağı olduğu üçün polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib./unikal

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 16 Yanvar 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see189

Tramp Qazaxıstan prezidenti ilə danışdı

07 Sentyabr 2025 20:37see171

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see155

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see145

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see137

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see132

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see131

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see128

Niderland millisinin tarixində ən çox qol vuran futbolçu oldu

07 Sentyabr 2025 21:47see126

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see126

Quraqlıq Qazaxıstanda tarixi sirlərin üzə çıxmasına kömək edib

07 Sentyabr 2025 18:17see125

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see125

Patris Evra Ser Aleks Ferqyuson haqqında: Ona lazım olan yeganə şey 200 milyon idi VİDEO

07 Sentyabr 2025 18:31see123

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see123

Türkiyə yığması dünya ikincisi oldu

07 Sentyabr 2025 19:59see122

Athletic Bilbao tarixində ilk türk futbolçu transferi

08 Sentyabr 2025 00:13see119

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see118

Kişilərdə mədə narahatlığının simptomları xərçəngə işarə edə bilər

07 Sentyabr 2025 15:39see117

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see117

Abbas Araqçi: “İran və MAQATE ikitərəfli əməkdaşlıq üçün yeni çərçivələrin əldə olunmasına yaxınlaşıb”

07 Sentyabr 2025 11:23see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri