Merts və Paşinyan Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniya Kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasındakı sülh prosesini, eləcə də Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.
Onun sözlərinə görə, iki ölkə liderləri Yaxın Şərqdəki mövcud vəziyyət, Ukraynadakı münaqişə və onların Cənubi Qafqaz regionuna təsiri barədə fikir mübadiləsi aparıblar.
"Almaniya Kansleri Ermənistan və Azərbaycan arasındakı sülh prosesində gələcək addımlara çağırıb və onun regional sabitlik üçün vacibliyini vurğulayıb", - Ş.Kornelius qeyd edib.
O əlavə edib ki, tərəflər həmçinin Almaniya və Ermənistan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, eləcə də Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin daha da inkişafı perspektivlərini müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 22 İyul 2026 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















