Icma.az
close
up
RU
Məşhur aktyor “linç” edildi: “Belə siyasət olarmı?”

Məşhur aktyor “linç” edildi: “Belə siyasət olarmı?”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, karyerasının ən uğurlu dövründə aktyorluqdan imtina edərək ABŞ-yə köçən türkiyəli aktyor Tolqa Karel, CHP sədri Özgür Özəlin boykot çağırışına sosial media hesabında sərt reaksiya verdikdən sonra kəskin tənqidlərə məruz qaldığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, aktyor bacısı oğlunun ona yazdığı mesajı paylaşaraq bu tənqidlərə cavab verib.

Tolqa Karel paylaşımında bacısı oğlunun, “Dayı, sənin yazdıqlarından sonra Türkiyədə mən və ailəmiz sözün əsl mənasında linç edilir. Dostlarımın bir çoxu mənə hücum edir, sataşırlar” mesajına reaksiyasını belə ifadə edib:

"Doğruları deyəndə 1000 cür böhtanla qarşılaşıram. Məni maraqlandırırmı? Əlbəttə ki, yox! Amma düşünürəm ki, məni bu qədər linç edirlərsə, 23 ildir ki, Ərdoğan bu təhqirləri, saxta böhtanları qəbul edir. Allah ona səbr, qüvvət və can sağlığı versin. Mən nə TRT-yə, nə də başqa bir kanala yaltaqlıq edirəm. Ehtiyacım da yoxdur. Amma üzülürəm, çünki bu zehniyyət illərdir ki, bu cür davranır. Bu səhər gənc bacım oğlunun mənə göndərdiyi mesaja baxın!!! Cənab Prezidentimiz haqqında düşüncələrimə görə".

Bundan əlavə, aktyor izləyicilərindən birinin “TRT-də rol almaq üçün səyləriniz təqdirəlayiqdir” sözlərinə də cavab verib:

"Mənim millətim məni tanıyır. Allaha şükür, çəkildiyim bütün seriallar və TV proqramları rekord baxış sayı qazandı. Üstəlik, gecə-gündüz qürbətdə, xarici ölkədə işləyib, möhtəşəm bir ailə qurdum, beş övladım oldu. Heç kimdən heç bir fayda gözləmədən şirkətlərimi sıfırdan yaratdım! Amma görün, sizin kimi düşünməyən insanlara necə yanaşırlar. Təəssüf edirəm, çünki onların təfəkkürü budur. Əgər işlərinə yaramırsınızsa və ya əks fikirdəsinizsə, “Sən kimsən?”, “Sən aktyorsanmı?”, “Yaltaq!”, “Get filan kanala yaran!” kimi sözlərlə hücuma keçirlər. Onların gözündə siz bu qədərsiniz!.

Baxın, bu zehniyyət budur. Arxanızı döndüyünüz anda sizi bıçaqlayacaqlar. Kim qaçıb ölkədən, ay əclaf!!! Mən ölkəyə qayıdıb bizneslə məşğul olsam, birinci növbədə deyəcəksiniz ki, hökumət işə düzəlib, qayıtmasam, ordan danışmaq asandır, gəl burda yaşa deyirsiniz”. 

Aktyor həmçinin, CHP sədri Özgür Özəlin çıxışını paylaşaraq onu tənqid edib:

"Türk dövlətini İngiltərəyə şikayət edir, qardaş partiya adlandırır. Sən daha qardaş dediyin adamlara dərdini ingilis dilində izah edə bilmirsən! Belə xarici siyasət olarmı?"

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Mart 2025 21:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see279

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see247

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see246

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see235

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see215

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see214

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see211

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see209

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see205

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see204

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see204

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see200

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see199

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see193

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see174

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see173

Həkimlər müalicə oluna biləcək xəstəni də bıçaq altına salırlar? Əməliyyat sayındakı kəskin artımın SƏBƏBLƏRİ

02 Oktyabr 2026 14:22see169

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see167

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see162

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri