Məşqçilərlə mübahisə etdi, millidən göndərildi
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rayan Ayt-Nuri Əlcəzair millisinin düşərgəsindən uzaqlaşdırılıb.
QOL.az xəbər verir ki, buna səbəb müdafiəçinin Zambiya ilə oyunda (3:1) məşqçilər heyəti ilə yaşadığı insident olub.
“Mançester Siti”nin futbolçusu qarşılaşma zamanı meydana daxil olmağa hazırlaşarkən məşqçilər heyətinin tapşırığına əməl etməyib. Əlcəzairin ikinci qolundan sonra onun oyuna buraxılması ilə bağlı qərar dəyişib və futbolçu ehtiyat oyunçular skamyasına qayıdıb. Daha sonra Ayt-Nuridən yenidən isinmə hərəkətlərinə başlamaq tələb olunsa da, o, məşqçilər heyətinin göstərişinə tabe olmayıb. Bundan sonra tərəflər arasında gərginlik yaranıb.
25 yaşlı futbolçu görüşdə meydana çıxmayıb. Baş məşqçi İbrahim Həmdani isə insidentdən sonra Ayt-Nurini milli komandanın düşərgəsindən uzaqlaşdıraraq “Mançester Siti”yə göndərmək qərarına gəlib.
Əlcəzair Futbol Federasiyasının yaydığı açıqlamada deyilir:
“Baş məşqçi İbrahim Həmdani şənbə günü Rayan Ayt-Nurini milli komandanın hazırkı təlim-məşq toplanışından azad etmək qərarına gəlib. Beləliklə, futbolçu klubu “Mançester Siti”yə qayıdacaq”.
Qeyd edək ki, Ayt-Nuri mövsümün əvvəlindən “Mançester Siti”də cəmi 2 oyunda meydana çıxıb.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 26 Sentyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















