Icma.az
close
up
RU
Mətbəxinizdə varsa, dərhal atın

Mətbəxinizdə varsa, dərhal atın

Icma.az bildirir, Milli.az portalına istinadən.

Alimlər uzun müddət açıq vəziyyətdə saxlanılan zeytun yağının sağlamlıq üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib. Bildirilib ki, mətbəxdə aylarla kənarda qalan, istifadəsiz açılmış zeytun yağı zaman keçdikcə oksidləşir və toksik maddələr əmələ gətirə bilər. Bu birləşmələr xüsusilə ürək və damar sistemi üçün təhlükəli hesab olunur.

Milli.Az xəbər verir ki, qidalanma mütəxəssislərinin sözlərinə görə, zeytun yağı hava, işıq və istiliklə təmas etdikdə kimyəvi strukturu dəyişir. Bu zaman yağın tərkibindəki faydalı maddələr azalır, oksidləşmə nəticəsində yaranan zərərli komponentlər isə artır. Mütəxəssislər bunun immunitetdən tutmuş xolesterin səviyyəsinə qədər bir çox sahəyə mənfi təsir göstərə biləcəyini vurğulayıb.

Zeytun yağı texnologiyası üzrə ixtisaslaşmış qida mühəndisləri isə bildirirlər ki, aylarla açıq qalmış yağ artıq "sağlam yağ" xüsusiyyətini itirir. Belə yağlarda acı dad, kəskin qoxu və bulanıq görüntü əmələ gəlir.

Alimlər oksidləşmiş yağların istehlakının ürək və damar sisteminə birbaşa mənfi təsir göstərdiyini bildirir. Bu maddələr damar divarlarında oksidativ stress yarada bilər və uzunmüddətli istifadədə kardiyovaskulyar riskləri artırır. Xüsusilə xroniki xəstəliyi olan şəxslər üçün bu məsələ daha da önəmlidir.

Qida təhlükəsizliyi üzrə mütəxəssislər bildirir ki, açıq zeytun yağının ideal şəraitdə belə ən çox 3-6 ay ərzində istifadə edilməsi tövsiyə olunur. Əgər yağ uzun müddətdir açıq vəziyyətdə qalıbsa və dadında, qoxusunda dəyişiklik hiss olunursa, onu qənaət məqsədi ilə istifadə etməyə çalışmaq sağlıq üçün təhlükə yarada bilər.

Alimlər zeytun yağının aşağıdakı kimi saxlanmasını tövsiyə edir:

Sərin və qaranlıq yerdə İşıq keçirməyən tünd rəngli şüşə qabda Yaxşı bağlanmış qapaqla

Bu şərtlər oksidləşmə prosesini ləngidir və yağın daha uzun müddət təravətli qalmasını təmin edir.

Lalə Qüdrətova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Noyabr 2025 22:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see941

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see413

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see323

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see236

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see228

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see227

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see220

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see209

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see204

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see197

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see195

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see193

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see191

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see189

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see186

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see185

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see180

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see178

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see175

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri