Metro bu günlərdə gecə 2 ə qədər işləyəcək
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Bakı Metropoliteni” QSC “Formula 1 üzrə Azərbaycan Qran-prisi” ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, Bakı Şəhər Halqası əməliyyat şirkətinin müraciətinə əsasən, sentyabrın 19-20-nə və 20-dən 21-nə keçən gecələrdə Bakı metropolitenin bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Paytaxtda keçirilən kütləvi tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planına əsasən, yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
Qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət olarsa, xətlərə buraxılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Sentyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















