Icma.az
close
up
RU
Meymunçiçəyi virusuna yoluxub evdə müalicə olunmaq olar? Həkim açıqladı Yeni Çağ Media

Meymunçiçəyi virusuna yoluxub evdə müalicə olunmaq olar? Həkim açıqladı Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

4 gün öncə Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxma halı rəsmi olaraq təsdiqlənib. Məlumdur ki, xəstəlik bədəndə səpkilər, əzələ ağrıları, halsızlıq, hərarət, limfa düyünlərinin böyüməsi kimi simptomlarla müşaiyyət edilir.

Bəs görəsən, meymunçiçəyi virusu yoluxan şəxs sağaldıqdan sonra onun orqanizmində hansısa fəsadlar buraxırmı? Xəstə ilə təmasda olan şəxs daşıyıcı sayıla bilər?

Yenicag.az xəbər verir ki, infeksionist Mərdan Əliyev mövzu ilə bağlı BAKU.WS-in bu və digər suallarını cavablanıdıb.

O, bildirib ki, meymunçiçəyi xəstəliyi ona yoluxan şəxs sağaldıqdan sonra orqanizmində heç bir fəsad buraxmır. Sadəcə səpki və yaraların izləri çapıqlaşaraq qala bilir. İzlər isə elə də çox gözə çarpmır, vaxt keçdikcə daha da azalır. Yalnız diqqətlə fikir verdikdə bilinir.

İnfeksionist həmçinin onu da qeyd edib ki, Meymunçiçəyinə yoluxma zamanı ağırlaşmalar – beyinin və ağciyərin iltihabı ola bilər.

“Meymunçiçəyinə yoluxma zamanı müalicə yalnız xəstəxana şəraitində izaliyasiya otaqlarında olmalıdır. Virusa yoluxmuş şəxslə təmasda olan biri daşıyıcı hesab edilə bilməz. Ya həmin adam xəstəliyə yoluxmalı, ya da ümumiyyətlə sağlam olur”, – deyə M. Əliyev qeyd edib.

Xatırladaq ki, yanvarın 18-də Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı birgə məlumatda bildirilmişdi ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Simptomlarla yanaşı, epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 22 Yanvar 2025 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri