Icma.az
close
up
RU
Məzar daşı ilə şəkil çəkdirənlər NİYƏ ÖLÜRLƏR? Xeyrimizi və şərimizi GƏTİRƏN QÜVVƏ

Məzar daşı ilə şəkil çəkdirənlər NİYƏ ÖLÜRLƏR? Xeyrimizi və şərimizi GƏTİRƏN QÜVVƏ

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müdrik bir kəlamda qeyd olunur ki, adamlar öz aqibətlərini bir sıra hallarda özləri gətirirlər. Yəni, insanın bəzən təxəyyülündə canlandırdığı, bilərəkdən və ya bilməyərəkdən rol aldığı hansısa oyun, ifa, əməl sonradan onun taleyinə yazılır, reallıqda başına gəlir.

Böyrək çatışmazlığından dünyasını dəyişən mərhum aktyor Azər Baxşəliyevin bugünlərdə sosial mediada paylaşılan bir fotosu bəhs edilən müdrik kəlamın həqiqiliyinə dair geniş müzakirələrə yol açıb. Həmin fotoda aktyor Azər Baxşəliyev ağsaqqal kişi obrazında öz yalançı başdaşını ziyarət edib. İllər öncə komediya filmi üçün hazırlanan yalançı məzar daşı indi həqiqi başdaşına çevrilib.

Yaxud, hamımızın “Nikosayağı” kimi tanıdığımız bloger Nicat Şükürlü xeyli vaxt əvvəl çəkdiyi videoroliklərin birində qolunun qopduğunu səhnələşdirib. Ötən ilin avqust ayında avtomobil qəzasına uğrayan blogerin sağ qolu həqiqətən ambutasiya olunub. Bu kimi bir çox misalları xatırladan sosial media istifadəçiləri vurğulayıblar ki, insan öz xeyrini və şərini özü gətirir.

Maraqlıdır, bu iddiaların elmi, fəlsəfi, dini izahı, əsası varmı? Məzar daşı ilə şəkil çəkdirənlər niyə ölür və ya doğrudanmı ölürlər? Qolunun qopduğunu səhnələşdirən bloqerin eyni aqibətlə üzləşməsi təbii qanunauyğunluqdurmu?

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev Medianews.az-a açıqlamasında deyib ki, qeyd edilən mövzuya dair İslamın müqəddəs kitabı “Qurani-Kərim”də, hədislərdə hər hansı məlumat, işarə yoxdur. Onun sözlərinə görə, sözügedən hadisələri dinlə əlaqələndirəcək hər hansı fakt, sübut yoxdur: “Allah dünyasını dəyişən bütün müsəlman bacı-qardaşlarımıza rəhmət eləsin. Həyatda insanın başına hər bir şey gələ bilər. Bir gün qonaq gəldiyimiz bu dünyadan bir gün də köçəcəyimiz hamıya məlumdur. Allah axirətimizi xeyirli etsin”.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov isə Medianews.az-a bildirib ki, insanların düşüncələrinin və inanclarının həyatlarına təsir göstərməsi psixoloji bir reallıqdır: “Bu mövzu psixologiyada və insan davranışlarının tədqiqində olduqca maraqlı və çoxşaxəlidir. İnsanların düşüncələrinin və inanclarının həyatlarına təsir göstərməsi psixoloji bir reallıqdır. Bununla bağlı aşağıdakı bur çox məqamları qeyd edə bilərəm. Məqamlardan biri təhtəlşüurun, inancların təsiri (Self-Fulfilling Prophecy) adlanır. Buna bəzən psixologiyada “özünü doğruldan peyğəmbərlik” də deyilir. Bu nəzəriyyəyə görə, insanlar müəyyən bir hadisənin baş verəcəyinə inanırlarsa, bu inanc onların davranışlarını, seçimlərini və qərarlarını yönləndirə bilər. Nəticədə, onların düşündükləri və gözlədikləri vəziyyət reallığa çevrilər. Məsələn, bir insan daim uğursuzluqdan qorxursa, bu qorxu onu daha ehtiyatlı, risklərdən çəkinən və passiv davranmağa sövq edə bilər ki, bu da həqiqətən sonda uğursuzluğa gətirib çıxara bilər”.

Psixoloqun sözlərinə görə, başqa bir yanaşma psixoloji enerjinin fokuslanması adlanır: “Bir çox psixoloji yanaşma və hətta bəzi fəlsəfi və ezoterik inanclar bu düşüncənin gücünə istinad edir. Burada qeyd olunur ki, insanın şüuru və enerjisi onun həyatına təsir edə bilər. İnsan müəyyən bir mövzu üzərində çox düşünəndə və ya müəyyən bir emosiyanı uzun müddət yaşadıqda, bu, onun qərarlarına, davranışlarına və hətta ətraf mühitlə qarşılıqlı əlaqəsinə təsir edə bilər. Dolayısı ilə düşüncələr tədricən reallığı formalaşdırır. Digər bir yanaşma simvolik təsvirlərin psixoloji yükü adlanır. Belə ki, insanlar müəyyən hadisələri və ya simvolları özləri üçün “məna yüklü” hala gətirirlər. Mərhum aktyor Azər Baxşəliyevin yalançı başdaşı ilə çəkilmiş şəkli və ya blogerin səhnələşdirdiyi səhnə bu nöqteyi-nəzərdən simvolik məna daşıya bilər. Bu, psixoloji olaraq həmin insanların öz həyatlarına necə baxdıqlarını, hansı emosiyaları yaşadıqlarını və hətta hansı qorxuları və ya gözləntiləri daşıdıqlarını göstərə bilər”.

E.Rüstəmov deyib ki, mövzuya dair bir başqa yanaşma da təsadüf və kognitiv meyllər adlanır: “Bir çox insan bu cür hadisələri nəzərə alarkən təsadüflərin rolunu nəzərdən qaçırır. İnsan beyni mənasız təsadüflərə belə məna yükləmə meylinə sahibdir. Buna “kognitiv təhriflər” və ya “illüzor korrelyasiya” deyilir. Yəni insanlar bəzi təsadüfi hadisələri bir-birinə bağlayaraq onların arasında əlaqə qurmağa çalışırlar. Bu, tamamilə insan beyninin məlumatları qavrama və analiz etmə üsuludur. Sosial media istifadəçilərinin belə hadisələrə maraq göstərməsi və müzakirə açması da insanın baş verənlərə emosional reaksiya vermə meyli ilə əlaqədardır. İnsanlar qorxularını, arzularını və narahatlıqlarını başqalarının həyatında görüb bu mövzuları qabartma meylinə sahibdirlər. Bir psixoloq kimi deyə bilərəm ki, düşüncələrimiz və inanclarımız həyatımıza təsir göstərə bilər, lakin bu təsiri həmişə “mistik” və ya “qismət” anlayışı ilə izah etmək doğru deyil. İnsan davranışlarının, seçimlərinin və həyat şəraitinin birləşməsi nəticəsində hadisələr müəyyən istiqamətdə formalaşa bilər. Digər tərəfdən, təsadüf və şüuraltı proseslərin rolu da böyükdür. Buna görə də, bu cür halları hər zaman elmi və obyektiv yanaşma ilə təhlil etməyi tövsiyə edərdim”.

Metafizika və Feng Şui üzrə qrand-master, astroloq Məryəm Teymur Medianews.az-a söyləyib ki, həyatda yaşadıqlarımızın hamısı, görünən və ya görünməyən, şüurlu və ya şüursuz şəkildə özümüzü həmin vibrasiyaya qoşmağımızın nəticəsidir.

Onun qənaətincə, bu vibrasiya bizim yaşadıqlarımızı və taleyimizi müəyyən edir: “İnsan doğulduğu andan üç növ uğura sahibdir. Bunlar Göy uğuru, İnsan uğuru və Yer uğurudur. Göy uğuru bizim astrologiyamızda olan məlumatlardır. Əgər biz bu uğuru ağıl və elm səviyyəsində araşdırsaq, potensial məqsədlərimizi, güclərimizi, imkanlarımızı üzə çıxarıb aktivləşdirə və gücləndirə bilərik. Bununla da öz dalğamızda olaraq taleyimizi yaşaya bilərik. İnsan uğuru öz təhsilimiz, özümüzü qəbul etməyimiz və daxili potensialımızı aşkara çıxarmağımızla bağlıdır. İnsan uğuru, digər insanlardan fərqlənərək, heç bir trendi, markanı və ya başqalarının həyat tərzini kopyalamadan özümüzü göstərməklə ortaya çıxır. Yer uğuru coğrafi istiqamətdə, yaşadığımız məkan və zamanla bağlıdır. Biz taleyimizdən danışarkən, adətən hər şeyin öz-özünə düzələcəyinə və bir möcüzənin baş verəcəyinə inanırıq. Lakin praktika, həyat və tarix göstərir ki, hər şeyi əvvəlcədən planlaşdırmaq, hesablamalar aparmaq və öz gücümüzü və potensialımızı anlamaqla proqnozlaşdırmaq mümkündür. Tale, qəbul etdiklərimiz və verdiklərimiz əsasında qurulur”.

M.Teymur deyib ki, əgər mənfi əhval-ruhiyyədəyiksə, yaxud çox sayda mənfi, dağıdıcı obyektlərin olduğu bir yerdə yaşayırıqsa, həmin yerin enerjisi aşağıdır və bu, avtomatik olaraq bizim enerjimizi də azaldır: “Əksinə, yaxşı enerjiyə malik olan bir məkanda olanda bizim enerjimiz də yüksəlir. Əsas məsələ odur ki, insanlar əvvəlcə enerjinin nə olduğunu və onun necə işlədiyini şüurlu şəkildə anlamalıdırlar. Hər kəsin axtardığı, satdığı və aldığı enerji beş növdən ibarətdir. Amma onlar bilirlərmi ki, enerji həm pozitiv, həm də neqativ ola bilər? Təəssüf ki, yox, bilmirlər. Misal üçün, artan, çiçəklənən, vaxtı keçmiş, staqnasiya edən və ölü enerji növü var. Harada və necə olmasından asılı olmayaraq, biz bu enerjilərin hansısa birinə qoşuluruq. Beləliklə, onun vibrasiya səviyyəsində hərəkət edirik və həmin səviyyə həmişə müsbət olmaya bilər. Hər bir məlumat, dinlədiyimiz, hiss etdiyimiz, kopyaladığımız hər şey bizim bioloji sahəmizə, neyronlarımıza, şüurumuza və qavrayışımıza daxil olur. Zamanla biz bunu ya şüurlu, ya da şüursuz şəkildə refleks səviyyəsində ifadə edirik. Buna görə də insan olaraq inkişaf etmək üçün ilk addım özünü tanımaq, daxili potensialını aşkara çıxarmaq və öz gücünü qəbul etməkdir. Trendlərə və brendlərlə aldanmadan öz daxilinə fokuslanmaq lazımdır. Unutmayaq ki, insan üç səviyyədə inkişaf edir – ağıl, ruh və bədən. Məhz bu üç səviyyənin balansı, bizim yaşadığımız həyatda istədiyimiz nəticələri gətirir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Yanvar 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri