Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Məzardan çıxan, dünyaya qayıdan, yaşamağa başlayan kimdir? Gözmuncuğu nun sirri

Məzardan çıxan, dünyaya qayıdan, yaşamağa başlayan kimdir? Gözmuncuğu nun sirri

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Elnarə Qaragözovanın "Gözmuncuğu" romanı haqqında düşüncələr" yazısını təqdim edir.

Xalq yazıçısı Anarın “Gözmuncuğu” əsəri müstəqillik dövrü Azərbaycan ədəbiyyatının polifonik bədii nümunələrindən biridir.
Qeyd etmək yerinə düşər ki, ilk olaraq povest janrına aid edilsə də, ("Azərbaycan" jurnalında nəşr edilən zaman əsərin janır "povest" kimi qeyd edilmişdi.) sonralar tədqiqatçılar əsərin strukturunu, əhatə diapazonunu nəzərə alaraq "Gözmuncuğu"nun roman poetikasına uyğun olduğu qənaətinə gəldilər.
Bu roman haqqında mübahisəli fikirlərdən biri də onun postmodern əsər olması ilə bağlıdır. Lakin bizim fikrimizcə Anarın “Gözmuncuğu” romanı sinkretik bir əsərdir. Bu romanda magik realizm, neorealizm, postmoderizm elementlərinə simbioz şəkildə rast gəlinir. Əsərin qəhrəmanı, el arasında “bəd nəzər” adlanan qüdrətə sahib olan Əhliman bu sayədə əfsanəvi Diri baba ilə görüşə nail olaraq ondan Hörmüzd olduğunu və öz daxilindəki Əhrimənlə daim mübarizə aparmalı olduğunu öyrənir.
Süjet irəlilədikcə yazıçı əsərə bəd nəzərdən əlavə digər magik elementlər də daxil edir: göz muncuğu və qədim, dünyanın sonu haqqında məlumatın yazıldığı xalça. Anarın bir insanın cismində birləşən Xeyir və Şərin təcəssümü olan qəhrəmanı öldükdən sonra yenidən dirilir: “Əhliman: - Bunu sən etdin, – dedi, – sən öldürdün onu… Otağına yenə də yuxulu gəlmişdi. Getmək istəyəndə sən də yuxulu-yuxulu bağırdın: amandı, getmə. O, artıq karnizin üstündəydi, qışqırığa oyandı və elə o andaca həyətə uçdu. Yaxşıdı, yazıq əziyyət çəkmədi, ani oldu ölümü. Bunları deyə-deyə Əhliman mənə yaxınlaşırdı, onun niyyətini bilirdim. Açıq qapıdan eyvana çıxdı. Aşağı baxırdı. Arxası mənə tərəf idi. Ani tərəddüddən sonra qəfil həmləylə var gücümlə onu itələdim, eyvanın məhəccərindən aşıb aşağı uçdu. Bir an sonra Ay qızının yanında onun da cəsədi sərələnmişdi..."

MÜƏLLİFDƏN: "Tizfəhm oxucu, yəqin, anladı ki, əsərin Əhliman (Əhriman və Hörmüzd) adlandırılan iki personajı, əslində, eyni adamdı. Belə olan surətdə sual oluna bilər: müəllifin demək istədiyi nədir? Xeyir timsalı Hörmüzd Şər timsalı Əhrimanı itələyib məhv edir? Amma onda – ikisi eyni şəxsdirsə, – ikisi də məhv olur axı…

Elədir. Amma əsərin əvvəlinə qayıdın. Demə, diri-diri torpağa gömülən ölməyibmiş. Bir təsadüf ya bəlkə, zərurət nəticəsində dirilib məzardan çıxır, dünyaya qayıdır, yaşamağa başlayır. Bəs onda hansıdır qayıdan - Hörmüzdmü, Əhrimanmı; Xeyirmi, Şərmi? Ya hər ikisimi?Bu sualın cavabını – yəni, bu qərarı verməyi – oxucunun ixtiyarına buraxıram.”

Biz də öz növbəmizdə araşdırmaçı kimi, qeyd edirik ki, bu əsərdə təsvir edilən, sadəcə, bir ölünün xortlaması deyil, reinkarnasiyadır.
Buddistlərin təliminə görə, insan öldükdən sonra onun ruhu yenidən dünyaya gələrkən dəyişilib tam fərqli bir həyat yaşayır. Dirilənin Xeyirmi, yoxsa Şərmi, Əhrimənmi yoxsa Hörmüzdmü olduğunu müəyyənləşdirməyi oxucuya həvalə edən yazıçı əsər boyu təhkiyə vasitəsilə bu iki zidd qüvvəni fərqləndirir.
Əsərdə Xeyir I şəxsdə, Şər III şəxsdə təsvir olunur. Anar bununla Şəri də Xeyirin vasitəsilə müşahidə edərək insanın əsas qayəsinin, mayasının Xeyir olduğunu vurğulayır. Qəbirdə dirilən Əhlimanın monoloqu da maraqlıdır. Bu monoloq həm I, həm də III şəxsdə qələmə alınıb. Demək, dünyaya həm xeyir, həm də şər birgə qayıdır. Bunlardan hansının üstünlük əldə edəcəyi isə sirdir.

Anarın "Gözmuncuğu" əsəri çoxqatlılığı, çoxplanlılığı sayəsində müstəqillik dövrü ədəbiyyatımızın unikal nümunələrindən biri kimi ədəbiyyat tariximizə daxil olmuşdur.

Suqsvanq - Yeni sevgi hekayəsi "Oxudum, özümü təhqir olunmuş hiss edirəm" - Hekayə müzakirəsi “Uzaq sahillərdə” filmi Berlində bərpa olunub
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 May 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri