Icma.az
close
up
RU
Milli kimlik ifadəsi şou ya çevriləndə... Şahanə Müşfiq yazır

Milli kimlik ifadəsi şou ya çevriləndə... Şahanə Müşfiq yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şahanə MÜŞFİQ

Son illər cəmiyyətimizdə tez-tez rastlanan və bəzi insanların sanki hər gün bir az da "necə ifrata varmaq olar" yarışına girirmiş kimi qabartmağa çalışdığı məsələlərdən biri də milli kimlik və vizuallıqdır. Axır zamanlar milli kimlik anlayışı vizual kodlarla daha çox ifadə olunmağa başlayıb. Xüsusilə sosial şəbəkələrdə yayılmış bayraqlı selfilər, vətənpərvər musiqilərlə müşayiət olunan video montajlar, özəl günlərdə "köçürülmüş" sitatlar... bunların başında gəlir. Bəs bu görüntülərin arxasında doğrudanmı gerçək milli şüur durur? Yoxsa milli kimlik tədricən "şouya" çevrilir, bayraqlar isə sadəcə kadra yaraşmaq, rəng qatmaq, "qarşı tərəfin gözündən pərdə asmaq", ya da daha çox bəyənmə qazanmaq üçün istifadə olunur?

Azərbaycan cəmiyyətində vətənpərvərlik həmişə yüksək dəyər kimi qəbul olunub. Vətən torpağı, şəhidlik anlayışı, üçrəngli bayraq, himn - bunlar bizim üçün müqəddəsdir, toxunulmazdır. Amma bu müqəddəslərin gündəlik, hətta bəzən mənasız instinktiv paylaşımlarla aşınması da günümüzün təəssüf doğuran reallığıdır. Bir insanın bayraqla müxtəlif pozlarda foto çəkdirməsi onun vətənpərvər olduğunu göstərirmi? Bəzən belə görüntülərin motivasiyası "sosial təsdiq" ehtiyacından doğur: görünmək, bəyənilmək, daha çox izləyici qazanmaq birinci, daha doğrusu, yeganə məqsəd olur.

Təbii ki, heç kim bayraqla foto paylaşdığı üçün günahlandırılmamalıdır. Bunu kiməsə qadağan etmək də düzgün olmazdı. Amma əsas məsələ bu addımın arxasındakı intellektual və ideoloji məzmunun olub-olmamasındadır. Məsələn, Şuşaya, ya da işğaldan azad olunmuş bir başqa bölgəmizə gedən bəzi insanlar oradakı tarixi abidələrimizin yanında bayraqla şəkillər, videolar çəkib sosial şəbəkələrdə paylaşırlar. Bəli, bu görüntülər insanın ürəyini açır, vətənpərvərlik hisslərini qabardır, qürurlandırır. Amma nə yazıq ki, eyni insanlar o görüntülərin üzərində həmin abidələrin tarixi haqqında bircə cümlə də yazmırlar. Çünki bilmirlər. Axı orada, o abidənin yanında onları maraqlandıran tək şey tələsik bayrağı açıb şəkil çəkdirmək və bunu paylaşmaq olub. Əgər varsa, bələdçidən, yoxdursa, yerli camaatdan, səfər yoldaşından, ya da ən azından əlində fotoaparat kimi istifadə etdiyi telefondakı "Google" proqramından o abidə haqqında heç nə soruşmayıb, öyrənməyib. Bu zaman onların əlindəki o bayrağın əsas məzmunu arxa plana keçir, özü isə yalnız adi vizual effektə çevrilir.

Bu tendensiyanın bir qolu da "milli motivləri" kommersiya alətinə çevirən brendlər və şəxsi bloq sahibləridir. Bayrağı məhsul üzərinə yapışdıraraq daha çox satış, milli motivli musiqini videonun fonunda istifadə edərək daha çox baxış əldə etmək bu gün daha rahatdır. Hətta bəzən milli günlərdə belə "endirim kampaniyası" reklamlarına çevrilmiş bayraq və vətən anlayışına rast gəlirik. Bu isə artıq təhlükəli bir kommersiyalaşmanın göstəricisidir.

Əslində, milli kimlik ticarət obyekti ola bilməz, olmamalıdır da. Əgər milli simvollar bizi düşündürmür, sadəcə bəzək kimi funksiyalaşırsa, bu, kimlik dərinliyindən yox, səthə yapışdırılmış parçalardan ibarət bir vitrindir.

Zaman dəyişir, texnologiya inkişaf edir, informasiya sürətlənir. Ancaq məhz bu sürət bizi görüntünün əsirinə çevirib. Hələ bunlar azmış kimi, son dövrdə süni intellektin sürətli inkişafı və ondan şüursuzca istifadə bu məsələni daha ağrılı hala gətirib çıxarıb. Yəqin çoxlarınız şəhidlərimizin süni intellektlə "canlandırıldığı", "danışdırıldığı" videoları görmüsünüz. Məsələn, bu günlərdə Tovuz döyüşlərinin 5 illiyi ilə bağlı şəhid generalımız Polad Həşimovun, eləcə də digər şəhidlərimizin süni intellekt vasitəsilə "canlandırılması" heç də vətənpərvərlik, qəhrəmanlarımıza sayğı örnəyi deyil, düşüncəsizliyin təzahürü idi. İnsanlar anlamalıdırlar ki, şəhidlərimiz bizim üçün nə qədər böyük qəhrəman olsalar da, ailələri üçün həm də itkidirlər - heç zaman geri gəlməyəcək itki, sağalmayacaq yara... Hər dəfə kimsə guya özünün saxta "vətən sevgisini" sübut edəcək deyə o yaranı qanatmağa haqqı yoxdur. Milli kimliyi bayraqla, musiqi ilə, geyimlə, şəhidlə vizuallaşdırmaq kifayət deyil. qOnun arxasında düşüncə olmalıdır, dərin düşüncə. Milli kimlik "məzmun" yox, "vizual məhsul" olduqda dərinlik yox olur, onun yerini şou alır. Şou isə ani, müvəqqəti və səthi bir hadisədir. Bu yazı ilə kimsəni ittiham etmək fikrimiz yoxdur, sadəcə sual vermək istəyirik: Biz milli dəyərlərimizi sevirik, yoxsa nümayiş etdirməyi? Biz bayrağı qürurla daşıyırıqmı, yoxsa kadra yaraşdığı üçünmü tuturuq əlimizdə? Kimlik qəlbdə doğular, şüurda formalaşar, əməldə yaşanar. Bəzən bir kitab oxumaq, bir müəllifin fikrinə bağlanmaq, bir şeiri sevmək bayraqlı selfidən daha böyük vətənpərvərlik nümunəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyul 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri