Icma.az
close
up
RU
Milli Kitabxanada Azərbaycan Muğamı Gününə həsr olunan sərgilər təqdim edilib

Milli Kitabxanada Azərbaycan Muğamı Gününə həsr olunan sərgilər təqdim edilib

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Avqustun 25-də Milli Kitabxanada, Azərbaycan xalqının qədim irsi olan “Beynəlxalq Azərbaycan Muğamı Günü” münasibətilə “Beynəlxalq Azərbaycan Muğamı Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgilərdə Azərbaycan muğam dəstgahının tarixi kökləri, muğamların təsnifatı, inkişaf mərhələləri, instrumental muğamlar və onların ifaçılıq nəziyyətləri, Azərbaycanın musiqi xəzinəsi, Qarabağ xanəndəlik məktəbi və tanınmış xanəndələr, onların Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolu və s. haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur. 

Virtual sərgi ilə tanış olmaq istəyənlər  

https://anl.az/el/vsb/Beynelxalq_Azerbaycan_mugami_ve_musiqisi_gunu/index.htm

linkindən istifadə edə bilərlər.

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.

UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş Azərbaycan muğamının və əlaqəli musiqi formaları ənənələrinin qorunması, ifası və tədqiqini təşviq edən ən önəmli beynəlxalq tədbirlərdən biri - "Muğam aləmi" Beynəlxalq Festivalı da Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 2009-cu ildən etibarən keçirilir. 

Azərbaycan dövlətinin diqqəti və qayğısı sayəsində muğam sənəti də bu gün artıq öz parlaq dövrünü yaşayır. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, muğam Azərbaycanın milli sərvətidir: "Azərbaycan xalqı əsrlər boyu bu gözəl sənəti öz həyatında uca tutub, öz qəlbində saxlayıb. Nəsildən-nəslə keçən muğam sənəti bu gün də Azərbaycanda yaşayır, qorunur, inkişaf edir. Bizim görkəmli muğam ustalarımız öz məharətini, öz biliklərini gənc nəslə ötürürlər. Azərbaycanda ənənəvi olaraq keçirilən muğam müsabiqələri də bu işdə çox mühüm rol oynayır. 

Dövlətimiz tərəfindən muğamın təbliği və inkişafı istiqamətində həyata keçirilən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Bu istiqamətdə fondun təşkilatçılığı və dəstəyi ilə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr reallaşdırılır. 

Ağdam Muğam Mərkəzinin açılışı Qarabağın mədəni dirçəlişinin başlanğıcını ifadə edən simvoldur.

Bu gün fəxrlə deyirik ki, Azərbaycan muğamı dövlət tərəfindən qorunur, təbliğ və inkişaf etdirilir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Avqust 2026 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri