Icma.az
close
up
RU
“Milli Məclis İrəvanın Ermənistana verilməsini pisləyən qərar qəbul etməlidir” Deputat təkliflə çıxış edib

“Milli Məclis İrəvanın Ermənistana verilməsini pisləyən qərar qəbul etməlidir” Deputat təkliflə çıxış edib

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Deputat Kamal Cəfərov Milli Məclisin Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə İrəvan şəhərinin Ermənistana verilməsini pisləyən rəsmi qərar qəbul etməsi ilə bağlı təkliflə çıxış edib.

Deputat bildirib ki, bu məsələ ilə bağlı arxiv sənədləri mövcuddur. Onlar arasında İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi barədə Azərbaycan Milli Şurasının 1918-ci il 29 may tarixli iclasına dair 3 nömrəli protokol, həmçinin 1 iyun tarixində keçirilmiş iclasda İrəvandan olan deputatların etirazları ilə bağlı tərtib olunmuş 4 nömrəli protokol da yer alır.

“1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə verilməsi barədə qərar qəbul edib. Həmin iclasa Həsənbəy Ağayev sədrlik edib. İclasın əvvəlində Fətəli Xan Xoyski, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən olunması məqsədilə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Ermənistan Milli Şurası ilə aparılmış danışıqların nəticələrinə dair məruzə ilə çıxış edib. Məruzənin sonunda o qeyd edib ki, Ermənistan dövləti üçün siyasi mərkəzə ehtiyac var və İsgəndəriyyənin Türkiyə ərazisinə birləşdirilməsindən sonra bu mərkəz yalnız İrəvan ola bilər. Bu səbəbdən, İrəvan ermənilərə güzəştə gedilməlidir. Məsələ səsverməyə çıxarılıb və arxiv protokoluna əsasən, Milli Şuranın 28 üzvündən 16-sı qərarın lehinə, 1-i əleyhinə səs verib, 3 nəfər bitərəf qalıb, digərləri isə səsvermədə iştirak etməyib”, – deputat qeyd edib.

Kamal Cəfərov mühüm bir məqamı da vurğulayıb: Həmin iclasa İrəvandan olan üzvlər dəvət olunmayıb. Onlar sonradan iclasa qatılmış olsalar da, çıxış etməyə imkan verilməyib. Yazılı müraciətləri isə AXC Katibliyi tərəfindən “itirilib”.

Millət vəkilinin sözlərinə görə, hazırda Türkiyə Cümhuriyyətinin Osmanlı Arxivində (BOA.HR.SYS, No. 2398/4, v. 12) saxlanılan sənədlərə əsasən, artıq 1918-ci il mayın 23-də Milli Şura rəhbərliyi erməni dövlətinin yaradılması məsələsi ilə bağlı Ənvər Paşaya geniş məzmunlu müraciət ünvanlayıb.

“Bu müraciətin əsas səbəbi, Ənvər Paşa və Osmanlı hökumət başçısı Tələt Paşanın erməni dövlətinin yaradılmasına qarşı mövqe sərgiləmələri olub. Rəsulzadə və silahdaşları hesab edirdilər ki, əgər ermənilərin öz dövlətləri olmazsa, onlar müstəqil Azərbaycanın daxilində qırğınlar və terror aktları törədə bilərlər ki, bu da etnik barışa ciddi maneə yaradar. Eyni zamanda, gələcəkdə Azərbaycana axın edəcək erməni qaçqınlarının sayını nəzərə alaraq, siyasi idarəetmədə məcburi koalisiya hökuməti qurmaq zərurəti ortaya çıxa bilərdi. Bu ehtimalları nəzərə alan AXC rəhbərliyi Cənubi Qafqazda erməni dövlətinin yaradılmasına dəstək vermişdi. Onların qənaətinə görə, bu halda ermənilər milli məqsədlərinə çatacaq və Azərbaycana qarşı gələcəkdə ərazi iddialarından imtina edəcəklər”, – deputat bildirib.

AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 May 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri