Icma.az
close
up
RU
Milli Məclisin nümayəndə heyəti APA komitə iclasında iştirak etdi Yeni Çağ Media

Milli Məclisin nümayəndə heyəti APA komitə iclasında iştirak etdi Yeni Çağ Media

Yenicag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev dekabrın 7-9-da Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən təşkilatın İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclasında iştirak edib.

Yenicag.az xəbər verir ki, komitə iclasının açılış mərasimində Bəhreyn Krallığının Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musallam, APA-nın Baş katibi Mohammad Reza Majidi çıxış ediblər.

Rizvan Nəbiyev açılış sessiyasındakı çıxışında hazırda dünya əhalisinin 60 faizinin yaşadığı Asiya regionunun üzləşdiyi çağırışlar və onların həllində APA-nın potensial imkanları barədə danışıb.

Deputat tədbir iştirakçılarını COP29 çərçivəsində əldə olunan əsas nəticələr barədə ətraflı məlumatlandırıb. O, ölkəmizin 196 ölkənin iştirak etdiyi BMT tədbirinə uğurlu ev sahibliyi etməsini qeyd edərək, Prezident İlham Əliyevin COP29-u iqlim diplomatiyasında tarixi nailiyyət kimi səciyyələndirərək “Bakı dönüşü”nü multilateralizmin təntənəsi kimi təqdir etməsini parlamentarilərin diqqətinə çatdırıb. Rizvan Nəbiyev Azərbaycanın irəli sürdüyü 14 təşəbbüs arasında COP29 Atəşkəs təşəbbüsünün əhəmiyyətindən danışaraq, Cənubi Qafqaz regionunda da davamlı sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini qeyd edib. Həmçinin Ermənistan və Azərbaycan arasında sülhün vacib komponentlərindən biri kimi 1980-ci illərin sonlarında Ermənistandan zorla qovulan azərbaycanlıların öz yaşayış yerlərinə geri dönüşünün vacibliyi vurğulanıb.

APA-nın Baş katibi, Rusiya, İndoneziya, BƏƏ nümayəndə heyətinin rəhbərləri öz çıxışlarında Azərbaycanı COP29-a uğurlu sədrliyi münasibətilə təbrik edərək əldə olunan nailiyyətlərin iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətini vurğulayıblar. COP29-un tarixi nəticələri, həmçinin İqtisadiyyat və davamlı inkişaf daimi komitəsinin qəbul etdiyi ətraf mühit, davamlı inkişaf və maliyyələşmə mövzularındakı qətnamələrin mətnlərinə daxil edilib.

Daimi komitənin iclası ilə yanaşı, APA Büro iclası və APA işçı qrupunun da iclasları keçirilib, təşkilatın Nizamnaməsinə dəyişiklik edilib, 2025-ci il APA-nın fəaliyyət təqvimi barədə qərarlar verilib.

Rizvan Nəbiyev və iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri səfər çərçivəsində Bəhreyn Krallığının Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musallam və Şura Məclisinin sədri Əli bin Saleh Al-Saleh tərəfindən qəbul edilib.

Azərbaycan hazırda Asiya Parlament Assambleyasına sədrlik edir. 2006-cı ildə əsası qoyulan təşkilatın hazırda 43 üzvü var.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Dekabr 2024 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri