Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Milli mətbuat 150: bədbəxt hərflər, nakam sözlər, talesiz durğu işarələri...

Milli mətbuat 150: bədbəxt hərflər, nakam sözlər, talesiz durğu işarələri...

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

1875-ci il aprelin 21-də də Mirzə Fətəli Axundzadə Həsən bəy Zərdabiyə belə bir məktub göndərir: “Sizin qəzetinizin əsas məziyyətlərindən biri ifadənin gözəlliyi, ibarələrin zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki qəzetiniz başqa məsələlərlə yanaşı, Azərbaycan yazısını düzgün olmayan ifadələrdən təmizləməyə çalışmalı, bu dildə yazan bütün adamlar üçün nümunə olmalıdır. Orfoqrafiyaya gəlincə, sizin gələcəkdə təyin edəcəyiniz mühərrir mənim Azərbaycan dilində olan komediyalarımın orfoqrafiyasına riayət etməlidir”.

“Əkinçi”nin nəşrə başlaması ərəfəsində ilk mətbuat orqanımız olacaq qəzet vasitəsilə dilimizin orfoqrafik qaydalarına məsuliyyətlə yanaşmağı tövsiyə edən Mirzə Fətəli Axundzadənin belə bir məktub yazması onun dilimizin təmizliyinin qeydinə qaldığının, bu dilin sahib olduğu zənginliklə birlikdə oxucu kütlələrinə çatdırılması istəyinin təzahürü idi. Çünki Axundzadə mətbuatın cəmiyyətin inkişafında, dilin təbliğində rolunun böyük olduğunu bilirdi. Elə buna görə də bu işə məsuliyyətlə yanaşmağı tövsiyə edirdi.

Allah sizə rəhmət etsin, Mirzə Axundzadə. Siz nəsil dilin təmizliyi, orfoqrafiya qaydaları uğrunda mübarizə apardınız və buna nail oldunuz da. Uzun illər sizin bu qələbənizdən bəhrələndik. Lakin nə bilərdiniz ki, zaman gələcək, Azərbaycan mətbuatı elə bir vəziyyətə düşəcək, bu mətbuatda elə jurnalistlər peyda olacaq ki, nə dildən, nə də onun orfoqrafik qaydalarından xəbəri olmayacaq. O zaman elə bu gündür. Hazırda kütləvi informasiya vasitələrində jurnalistlər var ki, onların ucbatından hərflər bədbəxtlik, sözlər nakamlıq, durğu işarələri ilə qara tale yaşayır.

Xəcalət çəkən hərflər...

Hərflər “başbilən” jurnalistlərin əlindən qaçıb gizlənməyə yer axtarır. Çünki onlar o qədər yersiz işlədilir ki, hərflərin özü bundan utanır. Hərflər bizdən daha gözəl bilirlər ki, işlənən sözdə onların yeri var, ya yox. Məsələn, jurnalistlərimiz “əsl məsələ” əvəzinə, “əsil məsələ”, “bizim əsrdə” əvəzinə, “bizim əsirdə”, “bu mətndə” əvəzinə, “bu mətində”, “servis xidməti” əvəzinə, “serviz xidməti”, “atlaz parça” əvəzinə, “atlas parça”, “hərfi məna” əvəzinə, “hərifi məna”, “dövlət sənədi” əvəzinə, “dövlət sənəti”, “xeyr, olmaz” əvəzinə, “xeyir, olmaz”, “nəfs məhv edir” əvəzinə, “nəfis məhv edir” kimi yazanda hərflər utandığından gizlənmək istəyir. Lakin biz nə edirik, onları gizləndikləri yerdən zorla çıxarıb gətirib sözlərə artırıb öz savadsızlığımızı, orfoqrafiya qaydalarından xəbərsiz olduğumuzu nümayiş etdiririk.

Qoşa samitlə yazılan sözlər bəzi jurnalistlərin əlindən intihar etmək səviyyəsinə gəlib. Çünki hərflər “hədiyyə, tövsiyə, maliyyə” yazmaq istəyərkən, biz onları “tövsiyyə”, “maliyə”, “hədiyə” edirik. Səciyyəvini “səciyəvi”, dərrakəni “dərakə, mürəkkəbi “mürəkgəb”, “səyyari”ni “səyari”, “əziyyət”i “əziyət”, “xasiyyət”i “xasiyət” kimi özünəgüvənlə yazırıq və düşünürük ki, bu qaydaları bizdən yaxşı bilən yoxdur.

Kömbə, pambıq, kombayn, tramvay, qumbara, peyğəmbər, hambal sözləri orfoqrafik qaydalara əsasən (mb) ilə yazılır və tələffüz edilir. İstanbul, tənbəl, mənbə, minbər, şənbə, anbar, günbəz, qənbər, sünbül, zənbil, zanbaq və sair sözlər “nb” ilə yazılır, “mb” ilə tələffüz olunur. Lakin ən çox səhv yazılan sözlər də elə bu yazıq sözlərdir. “Mb” “nb”, “nb” “mb” ilə yerli-yersiz mətbuatda tüğyan edir.

Təəssüf, tərəddüd, təəccüb, təəssürat, məəttəl sözləri bəzi jurnalistlərin onları bircə dəfə düzgün yazması üçün canlarını fəda edərlər. Lakin haradadır o jurnalistlər?.. Onlar nəinki bilmir, heç öyrənmək də istəmirlər. Bir dəfə orfoqrafiya kitabını açıb, qarşılarına qoyub bu bədbəxt sözlərin necə yazılışına baxmaq barədə düşünmürlər. Kitab nədir, indi hamımızın əlindəki telefonlara yerləşdirə biləcəyimiz sadə və asan lüğətlərdən belə istifadə ya ağıllarına gəlmir, ya bu barədə məlumatları yoxdur, ya da özləri haqqında o qədər yüksək fikirdədirlər ki, bunu rəva bilmirlər.

İnsan kimi söz də nakam ola bilirmiş...

Sözləri hərflər yaratdığı üçün onlar bir-birinə qırılmaz tellərlə bağlıdır. Ona görə də hərflər haqqında yuxarıda söylədiklərimiz elə sözlərə də aiddir. Çünki bir hərfin yanlış yazılması ilə söz öz mənasını itirir, səhv sözlər isə anlaşılmaz cümlələri yaradır. Bu, əsla bəzi mətbuat nümayəndələrinin vecinə belə deyil. Çünki onlar yazdıqlarının düzgün olduğuna adları qədər əmindirlər.

Lakin sözlər bu münasibətdən çox incikdir. Axı söz yaxşı bilir ki, insan əsr deyil, əsir düşür. Sözləri həriflər yaratmır, hərflər yaradır, buna da əmindir. Mətndəki cümlələrlə mətindəki cümlələri də ayırd edə bilir söz. Nəfslə nəfisin ayrı-ayrı mənalarını da bizdən yaxşı bilir. Hələ atlazla atlası ayırd etməyən jurnalistlərə yol da göstərə bilər, söz. Əgər qulaq asarlarsa...

Söz deyir, mən “qızılgül”əm, biz yazırıq “qızıl gül”. Söz deyir, mən “paltaryuyan”am, biz yazırıq “paltar yuyan”. Söz deyir, mən “qab-qacaq”(ğ)am, biz nəinki mətbu orqanlarda, hətta dərsliklərdə “qab qacaq” yazırıq. İddia edirik ki, qoy uşaqlı-böyüklü hamı bunu bizim yazdığımız kimi qəbul etsin. Söz deyir, mən “mərhum”am, biz yazırıq “məhrum”uq.

Bəli, məhrumuq. Özümüz fərqində olmasaq da, çox məsələlərdən məhrumuq. Elə dilimizi, onun orfoqrafık qaydalarını bilməkdən məhrum kimi...

Bu yerdə Xalq şairi Osman Sarıvəllinin sözlərin düzgün işlədilməməsi, yersiz təkrarlara yol verilməsi ilə əlaqədar narahatlığını jurnalistlərə və redaktorlara ünvanlandığı şeiri yada düşür:

Biz mənalı sözlərin keşiyində dururuq.

Lakin söz var, onu çox

İşlədirik, yoruruq.

Aramsız çeynənən söz

Üzdü dili, dodağı.

Təkrar yordu qələmi,

Yordu gözü, qulağı.

Həqiqətən ağırdır

İnsafla baxsaq əgər,

Çox da ki, yoxdur dili,-

Söz də dincəlmək istər.

Talesiz durğu işarələri...

Durğu işarələrinin bugünkü vəziyyətini görəndən sonra bu qənaətə gəlirəm ki, talesizlik tək insanın nəsibi olmurmuş. Durğu işarələrinin də bu fani dünyada bəxti gətirməyə bilərmiş. Mətbuat nümunələrində gördüyümüz mənzərə durğu işarələrinin talesizliyindən söhbət açır.

Bəzən elə kitab, elə məqalə ilə qarşılaşırıq ki, durğu işarələrinin buradan tamamilə qovulduğunun şahidi oluruq. Deyirsən, haradadır görəsən bu durğu işarələri? Sanki payız küləyi gəlib onları qarşısına alıb aparıb haradasa xəzəl yarpaqların altında gizlədib. Bu səbəbdən də onların birini belə görmək mümkün deyil.

Bəzən isə durğu işarələri yersiz işlədilir ki, bu zaman onların daha talesiz olduğu ortaya çıxır. Çünki oxuyarkən vergülü danlamağa başlayırıq ki, burada artıqdır, ya da burada nə üçün yoxdur,-deyirik. “O, diyar başdan-başa gözəllikdir. O Vətən oğludur” kimi cümlələrlə vergülü çətin bir vəziyyətə qoyuruq. “Bu bizim qərarımızdır. Bu, tərəf meşəlidir” cümlələri ilə işarə və şəxs əvəzliklərini bir-birinə qurban edib yeni bir orfoqrafiya qaydası yaradırıq.

Bəzən nöqtələr fikrimizi tamamlamır, bəzən sual verdiyimiz halda sual işarəsinə ehtiyac duymuruq, bəzən nida cümləsində nida işarəsinə lüzum görmürük. Beləliklə də durğu işarələrinin üzərindən bir xətt çəkib onları öz qara bəxtləri ilə baş-başa buraxırıq.

Durğu işarələri ilə bağlı Fecebook sosial şəbəkəsində 25 mart 2020-ci il tarixdə Beyləqanlı adlı şəxsin statusunda paylaşdığı bir yazı da mənə çox maraqlı gəldi, düşündüm ki, sizlər üçün də maraqlı olar:

İtirilmiş durğu işarələri....
“Bir gün insan vergülü itirdi. O zaman fikirləri bir-birinə qarışdı, mürəkkəb cümlələr qurmaqdan qorxdu. Bəsit cümlələr qurmağa başladı. Cümlələri bəsitləşdikcə, fikirləri də bəsitləşdi.

Nöqtəni itirdi… Fikirləri uzandıqca uzandı. İfadə edə bilmədi özünü.

Başqa bir gün nidanı itirdi. Səs tonunu dəyişdirmədən danışmağa başladı, monotonlaşdı. Ətrafda baş verən heç bir şey onda kiçik bir həyəcan belə doğura bilmədi. Sevincini, qəzəbini - bütün duyğularını itirdi.

Sual işarəsini itirdiyi andan sual verməyi unutdu. Hər şeyi olduğu kimi qəbul etməyə başladı. Nə dünya, nə insanlar, nə də həyat onu maraqlandırmadı.

İki nöqtəni itirdi və heç nəyi aydınlaşdırmaq ehtiyacı duymadı.

Həqiqətən də belədir. İtirə-itirə, ehtiyac duymaya-duymaya gedirik. Həm də faciəvi tərəfi ondadır ki, dilin qeydinə ən çox qalmalı olan biz mətbuat işçiləri itirməkdən əsla məyus olmuruq. Və düşünmək də istəmirik ki, yazdığımız hər bir söz düzgünlüyü ilə də, səhvi ilə də minlərlə insanın göz yaddaşına çevrilir. Minlərlə gəncə guya ki, düzgün yazı qaydalarını təbliğ edirik. Əslində isə yox...

Nəticədə isə, dilim-dilim doğrasalar da, dilimizdən dönən deyilik,- dediyimiz təqdirdə öz əllərimizlə dilimizi dilim-dilim edib yerə səpələyirik. Bəlkə aradabir lüğətə baxaq... Çox vaxt aparmaz, inanın!

Bu il milli mətbuatımızın 150 yaşı tamam olur. Ötən 150 ildə öyrənmədiklərimiz və öyrənmək istəmədiklərimiz bu qocaman mətbuata sayğısızlıqdan başqa bir şey deyil. Odur ki, ən birinci sayğını öyrənək ki, sayğılı olaq, sonra öyrənməyə borclu olduqlarımızı öyrənək. Bu zaman 150 illik yoldan ötməyə bəlkə bizim də bir az haqqımız olar.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 İyun 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri