Millimizin hücumçusunun zədəsi ciddidir
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Rüstəm Əhmədzadənin zədəsi ciddidir.
Bu barədə Redaktor.az-a Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
23 yaşlı hücumçu ötən gün "Qarabağ"a uduzduqları Misli Premyer Liqasının XIII turunun matçında sıradan çıxıb. Qarşılaşmanın ikinci hissəsində əzələsini dartan forvard 77-ci dəqiqədə Hacıağa Hacılı ilə əvəzlənib.
Onun nə vaxt yaşıl meydanlara qayıdacağı tibbi yoxlanışdan sonra bəlli olacaq.
Qeyd edək ki, Rüstəm Əhmədzadə Azərbaycan yığmasına dəvət alsa da, heyətdən çıxarılıb. Onun yerinə komandaya "Qarabağ"dan Musa Qurbanlı cəlb olunub.
Baxış sayı:125
Bu xəbər 11 Noyabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















