Bədavinin zədəsi ciddidir
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qarabağ"ın zədəli futbolçusu Bədavi Hüseynovun son durumu bəlli olub.
Bu barədə QOL.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev danışıb.
O, bildirib ki, Misli Premyer Liqasının 17-ci turunda "Sumqayıt"la matçda (5:0) sıradan çıxan 33 yaşlı mərkəz müdafiəçisi 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Həmçinin klub rəsmisi digər zədəli oyunçuların bərpa prosesinin plana uyğun getdiyini vurğulayıb.
Xatırladaq ki, daha əvvəlki matçlarda “Qarabağ”da əsas komandanın digər iki mərkəz müdafiəçisi - Kevin Medina ilə Bəhlul Mustafazadə də zədə almış və uzun müddətə sıradan çıxmışdı. Bədavi zədəlilər sırasına qoşulan Ağdam klubun sonuncu mərkəz müdafiəçisi olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 18 Dekabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















