Millimizin sabiq qapıçısının qızının səhvən sağlam meniskini çıxarıblar
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Həkimlər bədii gimnastika üzrə Rusiya çempionu Lala Kramarenkonun zədəli əvəzinə sağlam meniskini çıxarıblar.
İdman.biz xəbər verir ki, bu barədə Rusiya millisinin baş məşqçisi İrina Viner “Youtube” kanalında Nadejda Streletsə müsahibəsində danışıb.
“Meniskdə iki buynuz var, biri zədəli, o biri sağlam idi. Cərrahiyyə əməliyyatı həyata edən həkim səhvən sağlamı çıxarıb. İndi o, İsraildə bir ay bəzi bərpa prosedurları keçirib, amma kəsiləni bərpa edə bilməzsən", - deyə Viner bildirib.
Lala 2024-cü ildə Rusiya çempionatında beş qızıl medal qazanıb, Kazanda keçirilən BRİKS Oyunlarında fərdi çoxnövçülükdə də qalib olub. O, həmçinin yeniyetmələr arasında üçqat dünya çempionu və 2021-ci ildə komanda hesabında Avropa çempionudur.
Lala Kramarenko 6 dekabr 2004-cü ildə Moskvada anadan olub. Onun atası məşhur azərbaycanlı futbolçu, Azərbaycan millisinin keçmiş qapıçısı, hazırda Moskvanın ÇSKA klubunun qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkodur.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 27 Yanvar 2025 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















