Minatəmizləmə əməliyyatlarında iştirak edən avtomobillər də operativ nəqliyyat vasitəsi sayılır DƏYİŞİKLİK TƏSDİQLƏNDİ
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
"Report" xəbər verir ki, dəyişikliyə əsasən, qanunun əsas anlayışları nəzərdə tutan 1-ci maddəsində operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilib.
Belə ki, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması işlərini icra edən avtomobillər də operativ nəqliyyat vasitəsi hesab olunur.
Beləliklə, operativ nəqliyyat vasitələri dedikdə yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, minatəmizləmə fəaliyyəti üzrə səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərinin yerinə yetirilməsi və partlayıcı sursatların daşınması, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, Milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillər nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Fevral 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















