Miqrenə səbəb olan məhsulların adları
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
Kofein və sitrus meyvələri miqren tutmasına səbəb ola bilər.
Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə dietoloq Yelena Solomatina danışıb.
O qeyd edib ki, miqren tutmasına səs, işıq, yuxusuzluq və ya həddindən artıq yatmaq, stress kimi istənilən qıcıqlandırıcı, eləcə də sinir sisteminə təsir edən məhsul komponentləri səbəb ola bilər.
Onun sözlərinə görə, məsələn, köhnə pendirlərdə, duzlu kələmdə və şərabda olan tiramin, kofein, həmçinin sitrus meyvələrində, bananda və avokadoda olan histamin belə təsirə malikdir.
"Bu komponentlərdən hər hansı biri həssas insanlarda tutmaları təhrik edən bir tətik rolunu oynaya bilər", - deyə diyetoloq bildirib.
Solomatina əlavə edib ki, sadalanan məhsulların istehlakını minimuma endirməklə və ya orqanizmin onlara reaksiyasını diqqətlə izləməklə ağrı sindromundan qaçmaq olar. O bildirib ki, fərdi yanaşmaya riayət etmək vacibdir, çünki bir insanda ağrıya səbəb olan şey başqasına təsir etməyə bilər.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 14 Fevral 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















