Icma.az
close
up
RU
“Miqrenin diaqnostika və idarə edilməsində 10 addım” mövzusunda elmi konfrans keçirilib

“Miqrenin diaqnostika və idarə edilməsində 10 addım” mövzusunda elmi konfrans keçirilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında "Azərbaycan Miqren Mütəxəssisləri" İctimai Birliyinin təşəbbüsü ilə “Miqrenin diaqnostika və idarə edilməsində 10 addım” mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin sədri, professor Sədaqət Hüseynova rəhbərlik etdiyi təşkilatın yaradılmasının zərurətdən doğduğunu qeyd edib: "Tibbin başqa sahələrində olduğu kimi baş ağrılarının diaqnostikasına, müalicəsinə və onların idarə olunmasına da yanaşmalar dəyişib. Dünyada miqrenin həm diaqnostika, həm də müalicəsində baş verən yenilikləri ölkəmizə gətirmək və onu həkimlərə çatdırmaq, bu sahədə olan boşluqları aradan qaldırmaq və məlumatlanmanı artırmaq üçün belə bir cəmiyyəti qeydiyyatdan keçirdik. Danimarka Baş Ağrılar Mərkəzinin direktoru, Beynəlxalq Baş Ağrılar Cəmiyyətinin keçmiş prezidenti, Miqren Araşdırmalar Mərkəzinin direktoru, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru Məsud Aşinanın təşəbbüsü və dəstəyi ilə təsis edilən təşkilatın əsas məqsədi əhali və yerli kadrların baş ağrıları barədə məlumatlandırılması, bu barədə biliklərin artırılması, eyni zamanda, müasir təcrübə və nailiyyətlərin ölkədə geniş yayılması, təlim və tədqiqatların aparılması, bu sahədə inkişafa nail olmaqdan ibarətdir. Biz baş ağrıları sahəsində olan qabaqcıl təcrübə və yenilikləri Azərbaycan həkimlərinə çatdırmaqda bir zəncir rolunu oynamaq, bu sahədə olan çatışmazlıqları aradan qaldırmaq istəyirik. Həmin işləri yerinə yetirmək üçün biz beynəlxalq təşkilatlar, həm də yerli qurumlarla sıx əlaqələr qururuq. Yarandığımız qısa müddət ərzində Avropa Baş Ağrısı Federasiyası, Türkiyə Küresel Miqren və Ağrı Dərnəyi ilə əməkdaşlıq memorandumu imzalamışıq. Bugünkü tədbirin əsas məqsədi həm ictimai birliyin təqdimatı, həm də miqren sahəsində çox mühüm sənəd olan “Miqrenin diaqnostikası və idarə edilməsində 10 addım” konsensusunun əsas müddəalarını yerli mütəxəssislərə çatdırmaqdan ibarətdir".

İctimai Birliyin yaradılmasını yüksək qiymətləndirən Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasının direktoru professor Vəsadət Əzizov fikirlərinə belə davam edib: "Miqrenin diaqnostik meyarları, müalicə alqoritmi müəyyənləşib. Son yeniliklərin bölüşülməsi səhiyyədə böyük əhəmiyyət kəsb edəcək. Konfransın faydalı olacağına inanır, işinə uğurlar arzulayıram".

"Azərbaycan Miqren Mütəxəssisləri" İctimai Birliyinin təsisçilərindən biri, ATU-nun nevrologiya kafedrasının müdiri professor Aytən Məmmədbəyli təşkilatın ilk tədbirinin keçirilməsinin əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, çoxsaylı mütəxəssislər, gənc həkim rezidentlər, tələbələrin iştirak etdiyi tədbirdə mühüm məsələlərə, miqren və baş ağrılarının idarə edilməsi və müalicəsinə toxunulması və mütəxəssislərin öz təcrübəsini bölüşməsi Azərbaycan səhiyyəsi adına faydalı olacaq.

Danimarka Baş Ağrıları Mərkəzinin direktoru professor Məsud Aşinanın konfrans iştirakçılarına videomüraciəti dinlənilib.

Tədbir məruzələrlə davam edib. Professor Sədaqət Hüseynova, baş ağrısı üzrə mütəxəssis Sərxan Əmirquliyev, ATU-nun əməkdaşı həkim-nevroloq Rəna Səmədova məruzələrlə çıxış ediblər. Mövzular ətrafında müzakirələr aparılıb.

Sonda tibb işçilərinə sertifikatlar təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 23:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri