Mircavadov: “Bu, “Sabah”ın günahı deyil”
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
“Sabah” Çempionlar Liqasının II turunda “Slaviya”nı məğlub edib – 2:0.
Azərbaycan millisinin sabiq məşqçisi Ağasəlim Mircavadov matçla bağlı “Futbolpress.az”ın suallarını cavablandırdı:
– “Sabah”ın Çempionlar Liqasındakı ilk qələbəsini necə şərh edərdiniz?
– Layiqli qələbə qazandılar. Komanda öz oyununa sadiq qaldı və imkanları maksimum dəyərləndirdi. İki kollektiv də ancaq hücumu düşünür, müdafiədə qalmırdı. Baxımlı oyun keçdi və yekun ədalətli oldu.
– Oyun baxımından narazı qaldığınız hansı məqamlar oldu?
– Narahat edən məqam odur ki, rəqibə uzaqdan zərbə vurmağa çox şans verdilər. Növbəti matçlarda buna diqqət etmək mütləqdir. Bir nüans isə xoşuma gəldi, “Sabah”ın müdafiəçiləri də hücumameyillidir. Solvet və Eyden topu alan kimi ləngimir, oyunçuları irəli aparmağa çalışırdı. Sonradan oyuna qoşulan Rəhman da bu tendensiyanı pozmadı.
– “Slaviya” daha təcrübəli və keyfiyyətli heyətə sahibdir. Sizcə, qalibiyyəti gətirən əsas amil nə idi?
– Qələbə arzusu var və istəkli olmaqları. İlk dəqiqədən hamı yaxşı nəticə üçün çalışırdılar. Yarımmüdafiəçilər topu saxlamır, ancaq hücuma çıxırdılar. Bu, onların qələbə istəyindən irəli gəlirdi.
– Növbəti turda “Borussiya” (Dortmund) ilə oyun var. Matçdan gözləntiləriniz nədir?
– İnanıram ki, “Borussiya”ya qarşı yaxşı oyun göstərəcəklər. Nəticənin necə olacağını deyə bilmərəm, amma onlara ümid böyükdür.
– Start heyətində yerli oyunçuların olmamasına görə “Sabah”ı tənqid edənlər az deyil. Sizin buna münasibətiniz nədir?
– Bu, “Sabah”ın günahı deyil. Mən də istəyirəm ki, Çempionlar Liqasında azərbaycanlı futbolçular olsun. Amma yerlilərimiz də özlərini göstərməli, rəqabətdə üstün olmalıdır. Çempionata baxın, klublar daxili liqada belə əcnəbilərə daha çox şans verir. Burada əsas iş yerli futbolçuların üzərinə düşür.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 14 Oktyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















