Icma.az
close
up
RU
Mirzoyan Lavrova izahat verir Moskvada kritik görüş başlayıb AzPolitika onlayn siyasi ictimai qəzet

Mirzoyan Lavrova izahat verir Moskvada kritik görüş başlayıb AzPolitika onlayn siyasi ictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Bir az əvvəl Moskvada Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun geniş tərkibdə görüşü başlayıb.

“AzPolitika” xəbər verir ki, görüşün gündəliyində Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıq məsələsi də var.

"Xarici siyasət idarələrinin rəhbərləri Rusiya - Ermənistan münasibətlərinin bütün spektri, Aİİ və Avrasiya məkanındakı digər inteqrasiya birlikləri çərçivəsində əməkdaşlıq və dünya gündəminin aktual mövzuları üzrə ətraflı fikir mübadiləsi aparacaqlar", - Rusiya tərəfi bildirib.

Görüşdə Cənubi Qafqazdakı vəziyyətin diqqət mərkəzində olacağı, Ermənistan və Azərbaycan arasında balanslaşdırılmış nizamlanmaya nail olunması vurğulanır. Mirzoyanın səfərindən bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bundan əvvəl Ermənistan hökuməti Avropa İttifaqına üzvlüklə bağlı qanun layihəsini parlamentə göndərib. Habelə Vaşinqtoda ABŞ və Ermənistan arasında Strateji Tərəfdaşlığa dair Xartiya imzalanıb. Rusiya İrəvanın hər iki addımına sərt reaksiya verib. Moskva yetkililəri bildiriblər ki, əgər Ermənistan Qərblə inteqrasiya proqamında qərarlıdırsa, o zaman Aİİ, Gömrük Birliyi, KTMT çərçivəsində əməkdaşlığa yenidən baxılmalıdır.

XİN rəhbəri izahat vermək üçün Moskvaya dəvət olunub, nazirin izahatları Kremli qane etməzsə, o zaman yaxın həftələrdə Ermənistana qarşı iqtisadi məhdudiyyətlərə start veriləcəyi gözləniləndir.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Yanvar 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2008

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see227

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see200

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see152

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see147

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see120

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri