Icma.az
close
up
RU
MN in daha bir sabiq xidmət rəisinə ittiham elan edildi

MN in daha bir sabiq xidmət rəisinə ittiham elan edildi

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi, mayor Şahin Quliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun rəhbərliyi ilə keçirilən prosesdə təqsirləndirilənə ittiham aktı elan edilib. 

İttihamda bildirilir ki, Ş.Quliyev orduya müddətdən artıq hərbi qulluqçuların işə qəbulu ilə bağlı həkim komissiyasının sədri vəzifəsində olarkən bu xidmətə qəbul olmaq üçün müraciət edən şəxslərdən rüşvət istəyib. O, digər zabitlərlə əlbir olaraq həmin şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alıb. 

Belə ki, Ş.Quliyev həmin şəxslərin həkim komissiyasından “problemsiz” keçməsi barədə vəd verib. 

İstintaq materiallarına görə ümumilikdə MAXE kimi orduya qəbul olmaq istəyən 14 nəfər digər şəxslər vasitəsilə xidmət rəisinə rüşvət verib. 

Daha sonra ittihama münasibət bildirən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

Təqsirləndirilən şəxs sualları cavablandırarkən vurğulayıb ki, cinayət işində işdə adı keçən 14 nəfərin heç birini tanımayıb, onlarla əlaqəsi olmayıb: 

"Mən həkim komissiyasının sədri idim. Həmin komissiya da həkimlərdən ibarət olub. Onlar da mənə tabe olublar. Həkimlər də qulluğa qəbul olanları yoxlayıblar, sağlam olub-olmamaları barədə məlumatları blanklara qeyd ediblər. Sonda blanklar mənə gəlib, mən yoxlamışam. Amma onların heç biri ilə əlaqəm olmayıb. Bəzi şəxslərlə bağlı zabit yoldaşlarım xahiş edib. Mən də onlara ərk etmişəm, pul istəmişəm. Mənim heç bir kursantla birbaşa əlaqəm olmayıb. Aldığım pullardan da heç kimə vəsait verməmişəm".

Daha sonra şahid qismində Elməddin Yaşılov ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxsi tanımayıb: "İşdə adı keçən Elşad və Elşən mənim qardaşımdır. Elşad hərbi xidmətdədir. Elşən isə mənim əkizimdir. Elşənlə birlikdə hərbi qulluğa qəbul olmaq üçün TTM-ə sənəd verdik. Davud adlı şəxs isə digər qardaşım Elşadın tanışı olub. Qardaşım bizim qulluğa qəbul olunmağımız üçün Davud adlı şəxs vasitəsilə pul verdi".

Daha sonra hakimlər şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsini elan ediblər. Həmin ifadədən məlum olub ki, qardaşı Elşən ilə birlikdə hərbi xidmətə qəbul olunmaq üçün sənəd veriblər:

"Sənədlərimiz verəndən sonra tibbi yoxlamadan keçdik. Daha sonra yaşadığımız Ağstafa rayonuna getdik. Atam Elçin hərbi xidmətə getməyimizə etiraz etdi. Bundan sonra isə xidmətə getmədik".
Şahid daha sonra ifadəsində göstərib ki, qardaşı Elşadın Davud adlı şəxsə pul verməsi komissiyadan onların keçmək üçün işin müsbət həll olunması ilə bağlı olub: "Hərbiyə qəbul olunan zaman səhhətimizdə heç bir problem olmayıb. Amma qardaşım ehtiyat üçün bu pulu verib".

Digər şahid Elşən Yaşılov da qardaşının ifadəsinə uyğun danışıb. Onun sözlərinə görə, hərbi xidmətə qəbul olunmaq üçün onun heç bir problemi olmayıb. Hər iki şahid ifadəsində göstəriblər ki, sonradan hərbi xidmətə qəbul ola bilməyiblər.

Digər şahid Murad Mütəllimovun bildirdiyinə görə, təqsirləndirilən Ş.Quliyevi tanıyıb: "Hərbi polisə MAXE kimi qəbul olmaq istəmişəm. Bu işə qəbul olan zaman Turan adlı şəxsi Sarıyev vasitəsilə tanımışam. O da məni Ramin adlı şəxslə tanış edib. İşimin düzəlməsi üçün pul istədilər. Məndə damar genişlənməsi (varikoz) var idi. Buna görə də ehtiyat edirdim. Qəbul olunan zaman problem olmasın deyə pulu vermişəm. Pulu verməmişdən əvvəl Ramin Şahin Quliyevin otağına girdi, çıxandan sonra pul lazım olduğunu dedi. Bundan sonra pulu onun kartına atmışam. Amma sonradan hərbi xidmətə qəbul olma ilə bağlı imtina cavabı gəldi".

Təqsirləndirilən şəxs bildirib ki, Murad Mütəllimov hərbi xidmətə yararlı olub: "Varikoz xəstəliyinin yararsız olması hesab oluna bilməz. Çünki həkim yoxlamasından bu şahidə müsbət cavab verilib. Lakin imtina qərarı varikoz xəstəliyi ilə yox, başqa məsələ ilə bağlı olub".

Şahid özü də etiraf edib ki, onun həkimdən aldığı sənədlərdə xidmətə yararlı yazıblar. Onun sözlərinə görə, lakin imtina qərarının nə ilə bağlı olduğu ona məlum deyil.  Növbəti ifadə verən şahid isə Nurlan Şahverənov olub. Onun sözlərinə görə, MAXE olmaq üçün sənədlərini TTM-ə təqdim edib. Bildirib ki, orada qohumu işləyib, işinin tezləşməsi üçün qohumu vasitəsilə Şahin Quliyevə pul verib. 

Növbəti proses iyulun 24-də davam edəcək. 

Qeyd edək ki,  Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin (TTM) Tibb Xidmətinin sabiq rəisi Quliyev Şahin Varis oğlu DTX tərəfindən həbs edilib. Maliyyə yoxlamaları zamanı məlum olub ki, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Şahin Quliyev bir qrup şəxslə əlbir olmaqla rüşvət alıb.

DTX-nin İstintaq baş idarəsində başlanmış cinayət işi üzrə Şahin Quliyevə AR Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

 Seymur Əli 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:258
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 İyul 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri