Montellanın taleyi müzakirə olunur TFF nin bazasına gəldi
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Türkiyə millisinin baş məşqçisi Vinçentso Montellanın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.
Apasport.az xəbər verir ki, Yağız Sabuncuoğlunun məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) İdarə Heyətinin iclası davam etdiyi vaxt italiyalı mütəxəssis də danışıqlar aparmaq üçün Rivadakı Hasan Doğan Milli Komandalar Təlim-Məşq Mərkəzinə gəlib.
İclasda Montellanın gələcəyinin də müzakirə ediləcəyi bildirilir. TFF-nin fövqəladə toplantısının gündəmində milli komandanın son uğursuz nəticələri də var.
Belə ki, Türkiyə yığması son dövrdə ciddi böhran yaşayır. Komanda 2026-cı il dünya çempionatında qrup mərhələsini sonuncu pillədə başa vuraraq mübarizəni dayandırıb. Türkiyə D qrupunda 3 oyundan 3 xal toplayıb.
Montellanın komandası dünya çempionatından sonra Millətlər Liqasında da uğursuz çıxış edib. Türkiyə Fransa, İtaliya, Belçika və yenidən İtaliyaya qarşı keçirdiyi ilk 4 görüşün hamısında məğlub olub. Son olaraq İtaliya ilə səfər matçı 1:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, Montella son məğlubiyyətdən sonra gələcəyi ilə bağlı nikbin danışaraq Türkiyə millisində işləməyə davam etmək istədiyini bildirib. Buna baxmayaraq, Rivadakı bugünkü görüşdən sonra italiyalı mütəxəssislə bağlı qərar verilə biləcəyi gözlənilir.
4 məğlubiyyətdən sonra Montella: “3 ildə inanılmaz işlər görmüşük” Yamal “Golden Boy”a namizəd ola bilmədi “Çelsi” “Barselona”nın müdafiəçisini istəyir “Bavariya” Harri Keynlə razılaşdı Yasin Kol həbs olundu - YENİLƏNİB
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 Oktyabr 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















