Icma.az
close
up
RU
Moskvada MDB İqtisadi Şurasının 104cü iclası keçirilib

Moskvada MDB İqtisadi Şurasının 104cü iclası keçirilib

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Moskvada MDB İqtisadi Şurasının 104-cü iclası keçirilib.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib. Aleksey Overçuk və MDB-nin Baş katibi Sergey Lebedev Rusiyanın MDB-yə sədrliyi dövründə görülən işlərlə bağlı məruzələrlə çıxış ediblər. MDB Sərgi, Yarmarka və Konqres Fəaliyyəti üzrə Dövlətlərarası Şurasının 2018-2023-cü illərdə fəaliyyəti haqqında hesabatı iştirakçılara MDB-nin Sərgi-Yarmarka Fəaliyyəti üzrə Dövlətlərarası Şurasının rəhbəri, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (VDNX) baş direktoru Sergey Şoqurov təqdim edib. Qeyd olunub ki, 2002-ci ildən etibarən MDB Dövlət Başçıları Şurasının Qərarına uyğun olaraq VDNX-da Birlik dövlətlərinin daimi sərgi pavilyonlarının yaradılması istiqamətində iş aparılır. Bu prosesdə Sərgi, Yarmarka və Konqres Fəaliyyəti üzrə Dövlətlərarası Şura mühüm rol oynayır.


Birlik ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri MDB-yə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən məsələləri, o cümlədən prioritet sahələrin siyahısını və milli sənaye inkişafı strategiyalarına əsaslanan sənaye kooperasiyasında əməkdaşlıq sahələrini, nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi üzrə tədbirlər kompleksini, istehsalatda bədbəxt hadisələrin araşdırılması qaydası haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol layihəsini müzakirə ediblər. MDB İqtisadi Şurasının növbəti iclasının 2025-ci il aprelin 28-də Daşkənd şəhərində keçirilməsi qərara alınıb.

Qeyd edək ki, uzun fasilədən sonra Ermənistan da MDB İqtisadi Şurasının iclasına qatılıb. Belə ki, daha Ermənistanı tədbirdə Belarusdakı səfiri Razmik Xumaryan deyil, respublikanın baş nazirinin müavini Mqer Qriqoryan təmsil edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri