Motokuryer sürücü və sərnişini təhqir etdi; avtomobilə təpik atıb aradan çıxdı VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda motokuryer kobud qayda pozuntusu ilə yanaşı xuliqanlıq da törədib.
Avtosfer.az xəbər verir ki, paytaxtın Nərimanov rayonunda motosiklet sürücüsü “Renault”markalı nəqliyyat vasitəsinin idarəçisinə və onun sərnişininə qarşı hörmətsizlik edib.
Belə ki, sosial şəbəkə hesabımıza video göndərən “Renault” sürücüsü deyib ki, Ələsgər Qayıbov küçəsində, “Bakmil” metrosu ilə üzbəüz hissədə avtomobili saxlayarkən sərnişini olan xanım maşından düşməyə çalışb. Bu zaman 99-K-135 nömrə nişanlı “Nama” markalı motosiklet sürücüsü xanıma qarşı nalayiq ifadələr işlədib. Bu zaman avtomobilin sürücüsü maşından düşüb və nə baş verdiyini soruşub. Motokuryer bu vaxt elə sürücünün özünü də söyüb. Şikayətçi deyir ki, bu vaxt motosikletin nömrəsini yaddan çıxarmasın deyə telefonunu çıxarıb və çəkməyə başlayıb. Daha sonra motokuryer söyüşlərə davam edərək avtomobilə təpik atıb və aradan çıxıb.
Hadisənin hansı səbəbdən yarandığını isə “Renault” sürücüsü özü də bilmir.
Səfər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 03 Sentyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















