Mourinyo Vinisiusla bağlı qərar verdi: “Real Madrid”də dəyişiklik gözlənilir
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək komandanın son vaxtlardakı uğursuz çıxışını aradan qaldırmağa çalışır.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin əsas diqqət yetirdiyi məsələlərdən biri Vinisius Juniorun oyunudur.
Braziliyalı futbolçu mövsümün ilk səkkiz matçında bir qol vurub və üç məhsuldar ötürmə edib. Onun “Atletiko Madrid”ə qarşı derbidə (1:2) göstərdiyi oyun da narahatlıqları artırıb.
Bununla belə, Mourinyo Vinisiusu ehtiyatda saxlamaq niyyətində deyil. Əvəzində, məşqçilər korpusu hücumçunun sol cinahda müdafiə tapşırıqlarını azaltmaq üçün taktiki dəyişiklikləri nəzərdən keçirir.
Plana əsasən, yarımmüdafiəçilərdən biri həmin cinahda müdafiəyə daha çox kömək edəcək. Bu isə Vinisiusun diqqətini hücumlara yönəltməsinə imkan yaradacaq.
Mourinyo dəyişikliklərin “Real Madrid”in həm La Liqada, həm də Çempionlar Liqasında mübarizəsinə müsbət təsir göstərəcəyinə ümid edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 09 Oktyabr 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















