Icma.az
close
up
RU
Mövcud durum İranla müharibənin davam edəcəyini şərtləndirir

Mövcud durum İranla müharibənin davam edəcəyini şərtləndirir

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


"Amerika prezidenti Donald Trampın bir-birini təkzib edən açıqlamalarına baxmayaraq ABŞ, İsrail-İran müharibəsi tam şiddəti ilə davam edir. İran tərəfi irəli sürülən şərtləri qəbul etmir, ABŞ və İsrail isə qarşıya qoyulan məqsədlərə qismən nail olsalar da, əsas nəticələrin əldə olunması hələ də təmin olunmayıb. Mövcud durum isə müharibənin davam edəcəyini şərtləndirir".
Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı Trampın İrana qarşı hərbi əməliyyatların başa çatma mümkünlüyü ilə bağlı açıqlamasını şərh edərkən səsləndirib. O deyib ki, ilk növbədə ABŞ və İsrailə loyal siyasi qüvvənin hakimiyyətdə təmsil olunması təmin olunmayıb:
"Hakimiyyət dəyişikliyi ABŞ-a karbohidrogen ehtiyatları üzərində nəzarət, bu ölkənin Çinlə olan əlaqələrini zəiflətmək üçün lazımdırsa, İsrail nöqteyi nəzərindən İranın zəifləməsi və mövcud dözümsüzlük siyasətinə son qoyulması bu ölkə üçün ümumiyyətlə mövcud olma və təhlükəsizlik baxımından həyati əhəmiyyət daşıyır. Müharibənin bu şərtlər təmin olunmadan durdurulması ABŞ-ın beynəlxalq nüfuzuna mənfi təsir göstərəcəkdir ki, bu da Trampın böyük ABŞ ideyaları ilə ziddiyyət təşkil edir".
Elçin Ağamalı hesab edir ki, müharibənin davam edəcəyini göstərən digər amil isə bölgəyə quru əməliyyatlarının aparılması üçün canlı qüvvənin toplanmasıdır:
"Quru qoşunlarının dislokasiya yerindən uzaq bir coğrafiyaya daşınması və saxlanılması kifayət qədər məsrəfli bir işdir. Bu qüvvələrdən istifadə olunmayacağı təqdirdə Donald Tramp həmin xərclərin labüd olmasına dair hesabat verəcəyinin fərqindədir.
Tramp münaqişə apardığı ölkələrə qalib gəldiyi və ya mövcud hər hansı bir münaqişəni sona çatdırdığı təqdirdə bundan maksimum maddi fayda qazanmağa çalışır. Venesuelada hakimiyyət dəyişikliyinə nail olan Tramp bu ölkənin neft emalı və satışı üzərində nəzarəti ələ aldı. Eyni zamanda Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişəyə tam şəkildə son qoymaqla çəkiləcək Zəngəzur dəhlizinin işıətməsinin ABŞ-a verilməsini təmin etdi".
Elçin Ağamalı bildirib ki, Hörmüz boğazının İran tərəfindən bağlanması ABŞ üçün əlavə qayğı yaratmışdır:
"Boğazın açılması iqtisadi və etibarlılıq məsələləri ilə birlikdə artıq reputasiya məsələsidir. İranın hərbi potensialının zəiflədilməsi müharibənin başlanma səbəblərindən bəlkə də ən sonuncu amildir. Odur ki, müharibənin göstərilən şərtlər təmin olunmadan durdurulması real görünmür".
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Aprel 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri