Icma.az
close
up
RU
“Müasir gənclik: milli dəyərlər, yeni düşüncə və gələcəyə baxış”

“Müasir gənclik: milli dəyərlər, yeni düşüncə və gələcəyə baxış”

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İyulun 16-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və  YAP İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Müasir gənclik: milli dəyərlər, yeni düşüncə və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları İsmayıllı şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov gənclərin hər bir cəmiyyətin aparıcı qüvvəsi olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan gəncləri ölkəmizin ümumi inkişafına mühüm töhfə verirlər. Z.Muradov qeyd edib ki, bundan sonrakı mərhələdə də onların üzərinə düşən əsas vəzifə müstəqil dövlətimizi və milli dəyərlərimizi qorumaqdan ibarətdir.

Tədbirin moderatoru, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən bəhs edib. Z.Musayeva qeyd edib ki, Azərbaycanda dövlət gənclər siyasətinin müəllifi Ulu Öndər Heydər Əliyevdir: “Ümummilli Lider hər zaman Azərbaycan gəncliyinə böyük qayğı ilə yanaşıb. 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan olunması dahi şəxsiyyətin gənclərə verdiyi dəyərin parlaq ifadəsidir. Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərimiz bundan sonra da onlara göstərilən etimadı doğrultmalı, milli dəyərlərimizi qorumaqla daha uğurlu gələcək üçün çalışmalıdırlar”.

Çıxış edən YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb:  “Prezident İlham Əliyev tərəfindən  gənclərə diqqət və qayğı göstərilməsi, qəbul olunmuş proqramlar dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Bu prosesdə gənclərimizin milli-mənəvi dəyərlərimizə sadiqliyi, bu dəyərlərə ehtiramı xüsusi vurğulanmalıdır”.

YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva isə rəşadətli Azərbaycan Ordusunun tarixi Qələbəsinin milli kimliyimizin, vətənpərvərlik və dövlətçilik dəyərlərimizin real təzahürü olduğunu deyib.

O qeyd edib ki, Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. “Həmin gənclərin mütləq əksəriyyəti Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövründə formalaşmış gənclərdir. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Beləliklə, gənclərimiz bu müqəddəs mübarizədə milli dəyərlərimizə nə qədər sadiq olduqlarını bir daha təsdiqlədilər”, - deyə S.Xasayeva vurğulayıb.  

Tədbirdə, həmçinin İsmayıllı rayonu üzrə təhsil sektorunun müdiri Rəşid Məmmədli və rayonun Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Nərmin Osmanlı çıxış edərək ölkədə aparılan məqsədyönlü gənclər siyasətindən və bu istiqamətdə atılan addımlardan, qarşıda dayanan vacib hədəflərdən danışıblar.

İnteraktiv formada davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb.

Daha sonra partiya sıralarına yeni qəbul olunan şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 İyul 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri