Icma.az
close
up
RU
Müəllimlər xaricdə yaxalarında xüsusi nişanla gəzir AÇIQLAMA

Müəllimlər xaricdə yaxalarında xüsusi nişanla gəzir AÇIQLAMA

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu nişandan onların müəllim olduğu bilinir və hər yerdə onlara hörmət göstərilir


“Müəllimlərin əməkhaqqından vergi tutulmaması təhsilin inkişafı və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir”


  “Ən böyük problemimiz təhsildir. Bəzi məsələləri ortadan qaldırmalıyıq ki, inkişaf edək”. Bu fikirləri Milli Məclisin dünənki iclasında deputat Fazil Mustafa səsləndirib. Deputat bildirib ki, əsas problemlərdən biri müəllimlərin yaşadığı yerlərdən uzaqdakı məktəblərdə çalışmasıdır: “Məsələn, Pirşağıda, Kürdəxanıda yaşayan müəllim Qaradağa dərs keçməyə gedir. 150 min müəllimdən 50 mini bu problemi yaşayır. Bunu sistemləşdirmək nə qədər çətindir? Elə sistem qurmalıyıq ki, müəllim vaxtında dərsə çatsın. Çünki bu hal məktəbdəki təhsilə də təsir edir. Müəllimlərin bu vəziyyətini yüngülləşdirməliyik. Bu məsələyə diqqət çəkməyi vacib sayıram”.

  Təhsil eksperti Kamran Əsədov da bu fikirdədir ki, müəllimlərin əməkhaqqından vergi tutulmamalıdır. “Sherg.az"a açıqlamasında K.Əsədov qeyd etdi ki, müəllimlərin əməkhaqqından vergi tutulmaması təhsilin inkişafı, onların sosial rifahının yaxşılaşdırılması və ölkənin ümumi iqtisadiyyatına müsbət təsir göstərmək baxımından vacibdir: 


- Müəllimlər cəmiyyətin gələcəyini formalaşdıran ən önəmli peşə sahiblərindən biridir və onların rifahının yüksəldilməsi təhsilin keyfiyyətini birbaşa təsirləndirir. Maddi dəstəyin gücləndirilməsi isə müəllimlərin iş motivasiyasını artıraraq, yüksək keyfiyyətli təhsilin təmin olunmasına kömək edir. İnkişaf etmiş bir çox ölkədə müəllimlərə xüsusi vergi güzəştləri tətbiq edilir. Məsələn, Skandinaviya ölkələrində müəllimlərə azaldılmış vergi yükü ilə yanaşı sosial dəstəklər də verilir ki, bu da onların motivasiya ilə fəaliyyət göstərməsinə imkan yaradır. Bu cür təcrübələr ölkələrdə təhsilin səviyyəsini yüksəldir və gələcək nəslin inkişafına töhfə verir. Vergi yükünün azaldılması müəllimlərin gəlirlərini artıraraq onların sosial rifahını yüksəldər və maddi sıxıntılardan uzaq bir şəkildə fəaliyyət göstərməsinə şərait yaradar. Bu isə müəllimlərin işə daha çox diqqət ayırmasına, peşəkar inkişaflarına investisiya etmələrinə və təhsilin keyfiyyətini artırmalarına imkan verər. Vergi güzəştləri tətbiq edildikdə müəllimlərin digər sektorlara axını azalır və təhsildə kadr çatışmazlığının qarşısı alınır. Bu güzəştlər gənc müəllimlərə də təhsil sektorunda qalmaq üçün cəlbedici bir mühit yaradar. 

  K.Əsədov bildirdi ki, müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması onların təlim resurslarına daha çox sərmayə qoymasına imkan verəcək: 

- Bununla peşəkarlığın artmasına yardım edilmiş olur. Müəllimlər müxtəlif kurslara, təlimlərə qatılaraq daha keyfiyyətli tədris verə bilirlər. Bu, birbaşa təhsilin keyfiyyətinə təsir edir və gələcək nəsillərin daha hazırlıqlı yetişməsinə səbəb olar. Müəllimlərin əməkhaqqından vergi tutulmaması onların maddi rifahını və iş şəraitini yaxşılaşdırmaqla, təhsilin keyfiyyətinə və cəmiyyətin inkişafına mühüm təsir göstərər. Dövlətin bu sahədə müsbət addımlar atması gələcək nəsillərin inkişafı və cəmiyyətin rifahı üçün vacibdir.  Yaponiyada müəllimlər yaxalarında xüsusi nişanla gəzir. Bu nişandan onların müəllim olduğu bilinir və hər yerdə onlara hörmət göstərilir. Bundan başqa orada müəllimlər üçün xüsusi mağaza da var, harada ki məhsullar güzəştli, ucuz qiymətlərlə satılır. Finlandiya, İsveç və Norveç, Niderlandda müəllim ən çox əmək haqqı alan şəxsdir. Müəllimin qazancı ildə bizim pulla 120 min manat təşkil edir. Və bu ölkələr tədrisin səviyyəsinin ən yüksək olduğu ölkələrdir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Noyabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see367

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see281

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see279

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see275

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see275

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see269

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see267

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see249

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see245

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see240

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see240

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see237

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see232

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see218

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see212

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see212

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see209

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see182

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri