Icma.az
close
up
RU
Müəmmalar və Həqiqətlər PƏRVİZ YƏHYALI YAZIR

Müəmmalar və Həqiqətlər PƏRVİZ YƏHYALI YAZIR

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Həqiqətlər var onlar müəmmalar dolanbacında elə zülmətə bələdilir ki, üzərinə işıq düşməsi əbədi mümkünsüz olur. Çox mətləblərə aydınlıq gətirən əlahəzrət zaman belə aciz qalır. Tarixin qaranlıq səhifələrində gömülüb qalan gerçəklər cəfəng yanlışlıq libasına bürünüb qara ləkə təki elə tarixin açılmayan sətirlərində qalır.

Qətllərə sadə, bədbəxt hadisə donu geyindirilməsi bütün zamanlar üçün siyasi rejimlərin ənənəvi vasitələri olub. Ayrı-ayrı faktlara nəzər salanda konktet situasiyaya uyğun gedişlər mənzərəsi də çeşidliliyinə görə rəngarəng xarakter kəsb edir. Tarixən idealoji baxımdan rejimlər müxtəlif fərdlər üzərində fokuslanıb müəyyən siyasi xəttə xidmət üçün qurbanlar seçir. Həmin fərdlərin fəaliyyətinə elə obrazlılıq verilir ki, cəmiyyət onları büt, əfsanə kimi qəbul edir. Belə seçilmişlər ətrafında mif yaradılır. Şöhrətin pik məqamına çatdırılır. Və missiyasını yerinə yetirən fərdlə vidalaşmaq zamanı yetir.

Artıq rejimin düzüb-qoşduğu şöhrət təhlükə doğura bilər qorxusu çatır.

Misal üçün XX yüzilliyin 60-cı illərinin əvvəllərində sovet siyasi idealojisi Yuri Qaqarin kimi bir mifi bütün dünyaya tanıtmışdı. Sovet adamının əfsanəvi obrazına çevrilən Qaqarin hər şeydən əvvəl adi, sıradan insan idi. Onun davranışlarında ən kiçicik nüans belə diqqətdən yayınmırdı. Belə məqamda rejim onu məhv etməli idi. Hansısa təsadüfü qəza ən ideal seçim olaraq qurbanlığa qucaq açması məsələnin sadə və inandırıcı tərəfi olardı. Sınaq uçuşu həyata keçirən təyyarəçi-kosmonavt həlak olur. Ölmü və dəfnindən də maraqlar naminə məharətlə istifadə edilir. Yəni qurbanlığın ölüsü diri olduğu zamanlardakı kimi öz missiyaaını yerinə yetirir.

Belə seçilmişlər yerlərdə, ucqarlarda da lazım idi. Elə həmin illərdə mexanizator Sevil Qazıyevanın piar olunmuş şöhrəti heç də Qaqarindən geri qalmırdı. Hətta rejim onları qoşalaşdırıb rəqs meydaçalarından şəkillərini paylaşırdı. Dünyaya mesaj ötürlürdü ki, planetin bir nömtəli kosmik kəhkəşan fatehi xaruqələr yaradan mexanizatorla xoşbəxt sovet gəncliyinin nümunəsidir.

Belə sarsılmazlığa meydan oxumaq sovet rəqiblərinə baha başa gələ bilər.

Bəzən isə siyasi rejimlər şöhrətin ən uca zirvəsinə öz istedadı ilə qalxa bilən seçilmişləri də məhv edirdi. Bu onların idealları ilə uyğunsuzluq təşkil edirdi. Burada da sadə həqiqəti anlamaq heç də çətin deyildi. Öz istedad və zəhmətinin sayəsində ucalanlar rejim üçün arzuolunmaz nəsnələr yaşada bilərdi. Necə də olmasa belə şəxsiyyətlər müstəqil düşünmə qabiliyyətinə malik olurdular.

Əslən Bakıdan olan, orta məktəb, orta ixtisas təhsili, ilkin ali təhsili Bakıda alan böyük elm korifeyi Lev landau 60-cı illərin əvvəllərində şöhrətinin zirvəsində bərqərar ikən qəfil “avtomobil qəzasına” düşür. 11 noyabr 1962-ci ildə qəzada komaya düşən alim 6 il yaşasa da bir daha yatağından qalxa bilmir. Beləliklə onun hələ 31 yaşı olanda sovet repressiyasının cəngindən qurtaran dostları köməklik göstərməkdə aciz olur. 37-ci ildə həbsə atılan Landaunu o vaxt Nils Borun Stalinə yazdığı məktub iki illik dəhşətli məhbəs həyatından sonra azadlığa buraxılmasını təmin etmişdi. Böyük alim 62-ci ildə dünyada o qədər nüfuz sahibi idi ki, hətta Nobel mükafatları komitəsi həmin vaxta qədər və indiyədək mükafatların verilməsində bir istisnaya imza atıb, onun ödülünü təqdim etmək üçün Moskvaya xəstəxanada yatdığı palataya gətirmişdilər.

Siyasi gizlinlər, dünənin və gələcəyin gizli planlardan agah olanlar da müəmmalı qəzalarla üzləşməsi diktator cəmiyyətlər üçün xarakterikdir.

Böyük siyasi xadim, Seyid Cəfər Pişəvərinin 11 iyun 1947-ci ildə Yevlaxda avtomobil qəzasında həlak olması müəmması da bu qəbildəndir.

Bəzən xalqın içərisindən çıxan elm, mədəniyyət, incəsənət adamalırının xalq sevgisindən qorxuya düşənlər “sakitcə” hər şeyə nöqtə qoymaq yolunu seçirlər. Parlayan Aydın Məmmədov fenomenindən narahat olduqları kimi. 19 aprel 1991-ci ildə cəmi 47 yaşında siyasətçi, filoloq alim, alovlu vətənpərvər, içində millət sevgisi kükrəyən Aydın Məmmədov beləcə müəmmalı avtomobil qəzasında həlak olur.

Heç bir iddiası olmayan, sənəti ilə sevgi qazanan, sadəcə paxıllıq və gözgötürməzlik qurbanı olanların da belə acı qismət taleyinə tuş olması ayrı bir söhbətin mövzusudur.

Eyvaz Həsənov, Səxavət Məmmədov müvafiq olaraq 1983-il də 44 yaşında, 1991-ci ildə 38 yaşında həlak olmuşlar.

Bəzən də qəzavü-qədər müharibə, əsirlik əzablarından keçən, düşmənin qalib gələ bilmədiyi qəhrəmanlar fələyin yazdığı sonluq aqibətində beləcə qəzalarda əbədi olaraq dünyaya göz yumurlar. Dəhşətli müharibə alovlarından keçən əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılov kimi. O, 1994-cü ildə, 16 oktyabr tarixdə avtomabil qəzasında vidalaşmışdır bu dünya ilə.

Və nəhayət elə ölümlər də var ki, fələyin qələm çalıb verdiyi qərara sinə dağlayan təəssüfdən başqa heç bir şey deyə bilmirsən. Bütün varlığı ilə istiqlal mücahidlərimizə vurğun olan, onların həyat yolunu, mübarizəsini araşdıran tarixçi alim Nəsiman Yaqublunun qəzada həlak olması isə sadəcə amansız ölümün vaxtsız gəlişinə hamımızı yandırdı. Bu müəmmaya fələyin seçimində yanlışlıqdan başqa ad qoymaq mümkün deyil.

Pərviz Yəhyalı 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Avqust 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri