Icma.az
close
up
RU
Menu

ABB də pulu qalan müştərinin üsyanı

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Mühüm dialoq platforması ŞƏRH

Mühüm dialoq platforması ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Məlumdur ki, ölkəmiz dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır. Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da elə ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, mövcud problemlər Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan ölkəmizdə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilən XII Qlobal Bakı Forumu dünyəvi müzakirə platforması hesab oluna bilər. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) önəmli beynəlxalq platformadır və Qlobal Bakı Forumu mərkəz tərəfindən ənənəvi olaraq hər il keçirilir.

Yeri gəlmişkən, qeyd edək ki, indiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaqlar təmsil olunub. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Budəfəki tədbirin də qonaqları arasında dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki dərin məzmunlu çıxışında dünyada və regionumuzda baş verən proseslər və digər aktual mövzularla bağlı fikirlərini ifadə etdi. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan əzəli yurd yerlərimizi azad etdi. İşğal müddətində Ermənistan tərəfindən bəşəri dəyərlər, beynəlxalq konvensiyalar heçə sayılaraq xalqımızın çoxəsrlik maddi-mədəni mirasına qarşı vandalizm, talançılıq siyasəti həyata keçirilib. Haylar işğal dövründə ərazilərimizdə Azərbaycan xalqının irsini, İslam mədəniyyətinin izlərini silməyə çalışıblar, bütün tarixi, mədəni və dini abidələrimizi tamamilə məhv ediblər. İşğaldan azad olunmuş ərazilərimizdə demək olar ki, bütün məscidlər, mədrəsələr, körpülər, məbədlər ermənilər tərəfindən dağıdılıb, xalqımızın milli-mənəvi dəyərləri təhqir edilib. Dövlətimizin başçısının dediyi kimi, biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir.

Xüsusilə qeyd etmək lazımdır ki, işğaldan azad olunan ərazilərin bərpası və "Böyük Qayıdış" proqramının təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet vəzifələrdən biridir. Prezident İlham Əliyev bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrasını şəxsi nəzarəti altında saxlayır. Dövlət başçımız postmüharibə mərhələsində dəfələrlə işğaldan azad olunan ərazilərə səfərlər edib və müxtəlif infrastruktur obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərində özünün dəyərli tövsiyələrini verib. Böyük Qayıdış Proqramına uyğun olaraq, hər ay keçmiş köçkünlərimizin öz doğma torpaqlarına qayıdışı təmin edilir. Ötən qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb, layihələr həyata keçirilib. Bunun nəticəsidir ki, öz yurdlarına qayıdan insanların rahat yaşaması üçün bütün müasir infrastruktur təmin edilib, eyni zamanda məşğulluq məsələsi də həll olunaraq, iş yerləri açılıb. Bu nəhəng işlərin öhdəsindən isə Azərbaycan öz imkanları hesabına gəlir. Bütün bunlar dövlətimizin iradəsinin, əzminin, güclü iqtisadiyyata malik olmasının əyani sübutudur. Əminik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Qərb dairələrinin, onların riyakar siyasətçilərinin apardıqları qarayaxma kampaniyalarına baxmayaraq, 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı (COP29) Azərbaycanda yüksək səviyyədə keçirildi. Dövlətimizin başçısı XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bu məsələyə toxunub. Prezident İlham Əliyev bunlar arasında ABŞ-ın Dövlət Departamentinin saxta xəbərlər yayan "Washington Post", "New York Times", "News Week", "Politico", "Associated Press"in, Fransanın prezident ofisinin, "Le Figaro" və "Le Monde" qəzetlərinin olduğunu vurğuladı. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirdilər ki, paytaxtımızda baş tutan COP29-a qarşı qarayaxma kampaniyası həyata keçirilsin. Ancaq hər dəfə olduğu kimi, bu dəfə də onların arzuları ürəklərində qaldı.

Ən əsası, COP29 Azərbaycanda yüksək səviyyədə baş tutdu. Bunu BMT əməkdaşlarının, ayrı-ayrı ölkə və dövlət rəhbərlərinin, rəsmilərinin səsləndirdikləri fikirlərdən də aydın görmək olar.

Anar Rzayev,

YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının sədr müavini

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Mart 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1459

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see723

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see517

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see503

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see497

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see464

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see422

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see420

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see358

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see338

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see315

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see308

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see298

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see296

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see285

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see284

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see283

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see282

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri